21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Avropa Şurası, Avropa Parlamenti, BMT-nin müxtəlif strukturları, nüfuzlu beynəlxalq siyasi təşkilatlar, xarici ölkələrin parlament üzvləri və xarici diplomatik korpuslar, beləliklə 15.000-dən çox elektron poçt sahibi Azərbaycanlı gənclərin göndərəcəkləri 1918-ci ilin 31 mart tarixində ermənilər tərəfindən Azərbaycan ərazisində məqsədyönlü şəkildə həyata keçirilmiş kütləvi terror əməliyatları barədə məlumatları əldə edəcək.
“Gənclər terror əleyhinə” başlıqlı aksiya rəsmi olaraq bu gün,yəni 31 mart - Azərbaycanlıların soyqırımı günü başlanılacaq. Gənclər və İdman Nazirliyinin təşəbbüsü, gənclər təşkilatlarının, ali və orta ixtisas təhsili müəssislərində fəaliyyət göstərən tələbə-gənclər təşkilatlarının fəal iştirakı ilə keçirilən internet aksiya artıq 3 ildir ki, hər il 31 mart tarixində təşkil edilir. Bu il keçirilən aksiya şərti olaraq “Gənclər terror əleyhinə” internet aksiya adlanır.
Qeyd edək ki,aksiyaya Bakı Dövlət Universiteti, Dövlət Pedaqoji Universiteti, Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Dövlət Neft Akademiyası və Azərbaycan Turizm İnstitutunun tələbələri, müxtəlif gənclər təşkilatlarının üzvləri tərəfindən həyata keçirilir.