21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
İyulun 28-dən hələlik tam məlum olmayan səbəblərdən fəaliyyətini dayandırmış "Milaz.info" saytı bu gün saat 14.15 radələrindən işləməyə başlayıb. Bu dövrdə sayta bir həftə ərzində (iyulun 21-dən 28-dək) yerləşdirilmiş xeyli sayda məqalə, müsahibə, xəbər və şərhlər isə saytdan silinib. Bu barədə RATİ-yə saytın baş redaktoru Cəsur Sümərinli məlumat verib. 
Onun sözlərinə görə, bu kimi hal indiyədək dəfələrlə təkrarlanıb. "Düşünürdük ki, bu texniki bir məsələdir. Amma bizə çatan mesajlardan hiss etdik bəzi dairələr bu kimi saytın fəaliyyətində maraqlı deyillər. Saytımıza müxtəlif ünvanlardan olan basqılar da göstərir ki, problem heç də texniki xarakterli deyil. Yəqin ki saytımızda vaxtaşırı dərc olunan tənqid xarakterli məlumatlar kimlərinsə xoşuna gəlmir", -  deyə C. Sümərinli bildirdi.
C.Sümərinlinin sözlərinə görə, hazırda "Milaz.info" saytının rəhbərliyi məsələ ilə bağlı araşdırmalar aparır. Artıq müəyyən qənaətlərə gəlinib. Bu qənaətlər sabah, avqustun 1-də "Milaz.info" saytına qarşı təxribat və təzyiqlərlə bağlı keçiriləcək mətbuat konfransı zamanı açıqlanacaq. Mətbuat konfransı saat 12.00-da "Ehtiyatda və İstefada olan Zabitlər" İctimai Birliyinin ofisində (Bəsti Bağırova 14. Statistika komitəsindən aşağıda. Keçmiş 28 may kinoteatrinin yaxınlığı) keçiriləcək. Bütün KİV əməkdaşları dəvətlidir.
Xatırladaq ki, "Milaz.info" saytı 2007-ci ilin sentyabrından fəaliyyətə başlayıb. Saytda Azərbaycanın, o cümlədən dünya ölkələrinin müdafiə və təhlükəsizlik sektorunda baş verən hadisələr işıqlandırılır.