21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” Dövlət Müəssisi üçün HP və onun partnyorları olan Colvir və Sinam şirkətləri tərəfindən qurulan Avtomatlaşdırılmış Korporativ İnformasiya sisteminin ilk sınaqları uğurla keçirilib.
Belə ki, yaxın günlərdə sistemin «pul köçürmələri» modulu çərçivəsində şəhər telefon pullarının qəbulu üzrə real rejimdə ilk əməliyyatlar “Azərpoçt” DM-in 1 Saylı Poçt Filialının 10 saylı poçt şöbəsində həyata keçirilib. Aşkara çıxmış səhvlər tam aradan qaldırıldıqdan sonra Poçt Filialının Mərkəzi poçt şöbəsi də sistemə qoşulub. 
Bundan əlavə, APUS sistemi üzrə kommunal haqların qəbulu əməliyyatları da sınaqdan keçirilib
və nəzərdə tutulmuş formatda APUS və Avtomatlaşdırılmış Korporativ İnformasiya Sistemi arasında informasiya mübadiləsi normal baş tutub. Yaxın vaxtlarda Azercell, Bakcell, Ultel və Catel rabitə operatorlarının telefon pullarının da sistem üzərindən və ya informasiya mübadiləsi formasında həyata keçirilməsi nəzərdə tutulub. 
Ümumilikdə sistemin tam olaraq təhvil verilməsi isə növbəti ilin sentyabr ayına qədər sona çatdırılacaq.
xeberler.az/Ellada