21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
İran İslam Respublikasının Sepah korpusunun "Bəsic" könüllülər qüvvələrinin komandiri Hüseyn Taib çərşənbə günü ilk kompüter oyununun təqdimat mərasimində bildirib ki, düşmənin virtual müharibəsinə qarşı mübarizə aparmaq üçün bu kimi vasitələrdən istifadə etmək lazımdır. Bu barədə Trend İranın MEHR xəbər agentliyi məlumat yayıb.
"Əgər düşmən internet və mətbuat vasitəsilə xalqların fikir tərzini dəyişməyə çalışırsa, biz də bu taktikadan istifadə etməklə onlara qarşı mübarizə aparmalıyıq. Bu mübarizədə də xalqımızın qələbəsini görəcəyik", - deyə Taib bildirib.
"Bu məqsədlə "Bəsic" üçün ötən həftə Capture Motion sistemini quraşdırmışıq və yaxın günlərdə kompüter oyunları istehsalı üçün geniş potensial yaranacaq", - o əlavə edib.
"Bu gün ABŞ-ın iqtisadi gücü tükənib və amerikalılar daha iqtisadi güc vasitəsilə dünyaya hökmranlıq edə bilmirlər. Onlar indi virtual gücdən istifadə etməklə xalqların mədəniyyətini hədəfə alıblar", - deyə Taib bildirib.
Taib əlavə edib ki, kompüter oyunları istifadəçilərinin sayı çoxdur, hazırda yaşı üçdən az olan uşaqlar da oyun oynayırlar. "Kompüter oyunları ildə 70 milyard dollardan artıq gəlir gətirir və düşmənlər xalqların fikir tərzini dəyişmək üçün bu vasitədən istifadə edir", - deyə Taib bildirib.