21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycanın üçüncü mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) Mingəçevir şəhərində yeni «Nar Mobile» Mərkəzi açıb. 
Şirkətdən xeberler.az-a verilən məlumata görə, Mingəçevirdə açılan «Nar Mobile» Mərkəzində abunəçilər nömrə almaq və şəbəkəyə qoşulmaqla yanaşı, tarif planları haqqında məlumat ala bilər və operatorun təqdim etdiyi xidmətlərin geniş çeşidi ilə yaxından tanış ola bilərlər.
Hazırda respublikanın müxtəlif şəhər və rayonlarında 15 «Nar Mobile» Mərkəzi xidmət göstərir. Bununla yanaşı, ölkə ərazisində 600-dən artıq diler-distribütor satış məntəqəsi mövcuddur.
Xatırladaq ki, «Azerfon» şirkəti 2007-ci ilin mart ayında fəaliyyətə başlayıb. Hazırda «Nar Mobile» şəbəkəsi Azərbaycan ərazisinin 80%-ni əhatə edir və 1,2 mln-dan çox abunəçiyə xidmət göstərir.