21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
“Nokia” şirkəti Əbu-Dabidə keçirilən illik “Nokia World” təqdimat mərasimində “Lumia 1520” və “Lumia 1320” smartfon modellərini nümayiş etdirib. 6 düym ekranlı qurğular hazırda “Windows Phone” əməliyyat sisteminin idarəetməsi ilə işləyən ən böyük aparatlar hesab edilir.
“Lumia 1520” modeli “Microsoft” korporasiyasına məxsus əməliyyat sistemi ilə 1080p piksel təsvir ölçüsünə və dördnüvəli “Snapdragon 800” prosessoruna malik ilk mobil qurğu olacaq. Modelin daha bir fərqləndirici cəhəti 20 meqapikselli kamera və optik sabitləşdirici ilə təchiz olunmasındadır. “Lumia 1520” satışa qara, ağ, qırmızı və sarı rəngli korpuslarda çıxarılacaq.
Korpusu plastikdən hazırlanan qurğu 4 mikrofona malikdir və stereo səsi yaza bilir. Qiyməti 749 dollar olacaq smartfon 32 giqabaytlıq daxili yaddaşa malik olmaqla “microSD” kartını dəstəkləyir.
“Nokia” “Lumia 1520” ilə eyni vaxtda daha ucuz “Lumia 1320” modelini nümayiş etdirib. Bu qurğu da 6 düymlü ekranla təchiz olunub, lakin nisbətən zəif texniki xüsusiyyətlərə malikdir. Qiyməti 339 dollar təşkil edəcək “Lumia 1320” ikinüvəli prosessor, 5 meqapikselli kamera və 720p piksel təsvir ölçüsü ilə təchiz edilib. (mincom.gov.az)