21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndə heyəti Beynəlxalq Telekommunikasiya İttifaqının növbəti səlahiyyətli konfransında iştirak edəcək.
RİTN-in Beynəlxalq əlaqələr və qeyri-hökumət qurumları ilə iş şöbəsinin müdiri Ayaz Bayramov «APA-ECONOMICS»ə bildirib ki, oktyabrın 4-22-də Qvadalaxarada (Meksika) keçiriləcək konfransda Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Ali Şurasına Şərqi Avropa regionundan üzv olmaq üçün namizədliyini təqdim edib.
A.Bayramov Azərbaycan nümayəndə heyətinin konfransda nazir Əli Abbasovun başçılığı ilə iştirak edəcəyini istisna etməyib.
Qeyd edək ki, səlahiyyətli konfrans BTİ-nin siyasətin təkmilləşdirilməsinə cavabdeh olan ali orqanıdır. Dörd ildə bir dəfə keçirilən konfransda BTİ-nin ümumi siyasəti, dörd illik strateji və maliyyə planları müəyyən edilir. Bununla yanaşı, konfransda təşkilatın yüksək səviyyəli rəhbərliyinin, şuranın və Radioreqlamentar Komitənin üzvlərinin seçkiləri keçirilir.
Konfrans çərçivəsində BTİ üzvü olan ölkələr təşkilatın gələcəkdəki rolu və onun informasiya-kommunikasiya texnologiyalarının dünya üzrə inkişafına göstərə biləcəyi təsiri müəyyən edəcək.