İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Bahalı nömrə xəstəliyi

04.01.2009 [11:15]

Fontu böyüt:      

Psixioloqlar telefon nömrəsinə bir neçə min manat verənlərin psixioloji durumunun qaydasında olmadığını bildirirlər

Psixioloqlar telefon nömrəsinə bir neçə min manat verənlərin psixioloji durumunun qaydasında olmadığını bildirirlər.

Son illər ölkədə biznesin yeni növü yaranıb. Bu gün Azərbaycanda bahalı telefon nömrələri dəbdədir. Nə qədər qəribə görünsə də, bəzi ölkə vətəndaşları rəqəmlərin müxtəlif formada düzülüşünə görə, bir neçə min manat verməyə hazırdılar. İş o yerə çatıb ki, bunun səbəbini psixioloqlar izah edir. 

İmic hər şeydən vacibdir. Ölkədə mobil rabitə istifadəçilərinın sayı artdıqca, bahalı mobil nomrələrinə maraq da böyüyüb. Nəticədə indi telefon mağazaları telefonun özündən çox nömrə satışıyla məşğuldurlar. Nömrələr nə qədər yaddaqalandırsa, qiyməti də o qədər bahaı olur. Bakıdakı telefon mağazalarınja hər qiymətə – 20 manatdan 300-350 manata hətta 1200-1300 manata da telefon nömrəsi tapmaq olar. 

Söhbət müxtəlif və ya eyni rəqəmlərin yadda qalan düzülüşündən ibarət nömrələrdən gedir. Belələri adi nömrələrdən başqa heç nə ilə fərqlənməsə də, onların qiyməti ən bahalı telefonlardan da qat-qat çoxdur. Qızıl nömrə adlanan nömrələrə bəziləri bir neçə min manat verməyə hazırdırlar. Respublikada mobil telefon nömrələri satışı üzrə ixtisaslaşan ilk İnternet saytının nümayəndəsi Qəni Babayev bildirir ki, «qızıl nömrələr» qiyməti 500 manatdan 5000 manatadək olanlardır : «İndii bizdə 10 min manatlıq telefon nömrəsi yoxdur, amma müraciət edənlər, nömrəni bizim saytda 10 minə satmaq istəyənlər olur amma sata bilmirlər». 

Belə nömrələrin əsas alıcıları imkanlılardır. Satıcılar deyir ki, onlara biznesmenlər, bank işçiləri, hətta bəzi dövlət məmurları da maraq göstərir. Amma bahalı nömrəyə meyl edənlər arasında kasıblar da var. Belələri imiclərinin qeydinə qalmaq üçün belə nömrəyə əziyyətlə qazanldıqları pulu, hətta borc pulu da verirlər. Bəziləri isə belə nömrələri seyr etməklə kifayətlənir. Xüsusilə tələbələr, xidmət sahələrində çalışanlar, avtobus sürücüləri və başqaları bahalı nömrələrin həvəskarlarıdır. 

Psixoloqlar isə adi nömrəyə minlərlə manat verməyi sadəcə ağılsızlıq sayırlar. Onların fikrincə, xüsusilə imkanı olmayanların belə nömrə alması onların xarakteri ilə bağlıdır. Psixioloq Kənan Rəhimovun sözlərinə görə, bahalı nömrələri o insanlar alır ki, onlar özünü ictimaiyyətə başqa yolla təqdim edə bilmirlər. Həyatda uğur qazananlar isə belə məsələlərə fikir vermir. 

Hələliksə, yaxşı nömrələr əla pul gətirən biznesdir. Mobil operatorlar əmin edirlər ki, onlar yaxşı nömrələri dilerlərə baha satmırlar – uzağı bir neçə 100 manat. Nömrələri bazar qiymətinə, yəni bir neçə min manata satanlar isə dilerlər, yəni mağazalardır. Deməli qazancın böyük hissəsi də onlara çatır. Əslində, qazancın kimə çatdığını araşdırmaq vergi xidmətinin işidir. Hələliksə, belə nömrəni almaq istəyən varsa, satanlar da olacaq. www.itv.az

 

xeberler.az/Ellada

 

 


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar