21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Xeberler.az Inradio-ya istinadən xəbər verir ki, naməlum hakerlər ABŞ müdafiə nazirliyinin kredit şəbəkəsi olan “Pentagon Federal Credit Union” (PenFed) sisteminin verilənlər bazasına daxil ola biliblər. Bu barədə “Kasperski Laboratoriyası”nın əməkdaşı Pol Roberts MSN vasitəsilə xəbər verib.
Robertsin sözlərinə görə, bu, Pentaqonun şəbəkəsinə daxil olan kompyuterlərdən birinin virusa yoluxmasından sonra baş verib. Verilənlər bazasında hərbçilərin və onların qohumlarının maliyyə hesabatları barədə şəxsi məlumatlar olub. Məlumatlara ünvan, ad,sosial sığorta nömrəsi və kredit kartı nömrəsi daxil olub.
Hadisə yanvarın 12-də baş versə də, dəyən ziyanın məbləği hələ dəqiqləşdirilir. Son məlumata görə, xakerlər Nyu-Hempşir ştatında 500-dən çox hərbçinin məlumatlarını ələ keçirib. Təhlükəli hesab oluna kredit və debet kartları dəyişdirilir.
Qeyd edək ki, “PenFed” sistemi 100 mindən artıq hərbçiyə, o cümlədən müharibə veteranlarına maliyyə xidməti göstərir. Hələ ki, şəxsi hesablara daxil olmaq cəhdi qeydə alınmayıb. Pentaqon saytında Dik Bennet adlı şəxsin fırıldaqçılığı barədə xəbərdarlıq edib.