21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (GTMŞ) ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Quba Olimpiya Komleksində “Jurnalistlər üçün düşərgə” adlı təlim kursunun açılışı keçirilib.
Qaynar.info-nun verdiyi xəbərə görə, mərasimin açılışında çıxış edən Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov bildirib ki, tədbir jurnalistikaya dəstək məqsədilə reallaşdırılıb.
Deputatın sözlərinə görə, ölkəmizdə hər bir sahədə nailiyyətlər əldə olunub, sadəcə onların cəmiyyətət çatdırılmasında bəzi problemlər var: “Bu tədbir həmin problemlərin aradan qaldırılması üçün gənc jurnalistlərə göstərilən dəstəkdir”-deyə, F.Muradov bildirib.
O, qeyd edib ki, Gənclər Təşkilatları Milli Şurası gələn il gənc jurnalistlərlə bağlı yeni layihə həyata keçirməyi planlaşdırır.
Prezident Administrasiyasının ictimai-suyasi şöbəsinin baş məsləhətçisi Vüqar Səlimov hüquqi dövlət və cəmiyyət arasında əlaqələrin qurulmasında KİV-in rolundan danışıb. O, jurnalistlərin peşə etikasına əməl etmələrinin vacibliyini önə çəkib. V.Səlimovun fikrincə, bu gün Azərbaycan jurnalistlərinin peşəkarlığının artırılması mühüm əhəmiyyət kəsb edir.
Milli Televiziya və Radio Şurasının sədri Nuşrəvan Məhərəmli “Jurnalistlər üçün düşərgə” adlı təlim kursunu həm də region jurnalistikasının inkişafına dəstək hesab edib. N.Məhərrəmli KİV-in ictimai rəyə təsirini nəzərə alaraq jurnalistləri peşə fəaliyyəti zamanı məsuliyyətli olmağa çağırıb. O, bildirib ki, bu gün ölkədə jurnalistika ilə məşğul olanların sayı 5 min nəfəri ötüb.
Mətbuat Şurasının sədri Əflatun Amaşov da tədbirin jurnalistlərin hazırlığının artmasına kömək edəcəyini vurğulayıb. Ə.Amaşovun sözlərinə görə, Mətbuat Şurası gələn il Bakı Dövlət Universiteti ilə birgə jurnalistlərin yenidənhazırlanması layihəsini həyata keçirməyi planlaşdırır.
Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı keçirilən təlim kursunun jurnalistlərin həmrəyliyinə xidmət edəcəyinə əminliyini söyləyib. O, jurnalistlərin problemlərinə göstərdiyi diqqətə görə Gənclər Təşkilatları Milli Şurasına təşəkkür edib.