21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. Komissiya üzvləri Qafqaz Müsəlmanları İdarəsinin və Azərbaycan İslam Partiyasının «Alma», «Təfəkkür» Universitetinin «Qanun və şah», Quba Dövlət Sosial-İqtisadi Kolleci və Oğuz Rayon Maliyyə İdarəsinin «Polit alyans», Şamaxı Rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin «Müasir zaman» qəzeti ilə bağlı müraciətlərini araşdıraraq rəylər qəbul edib.
İclasda öncə Qafqaz Müsəlmanları İdarəsinin və Azərbaycan İslam Partiyasının «Alma» qəzeti ilə bağlı şikayətlərinə baxılıb. Bildirilib ki, şikayətə səbəb bu mətbu nəşrin 31 oktyabr 2010-cu il tarixli sayında dərc olunmuş «Cəhalət, yoxsa elm?» və «Turan Dursundan seçmələr» sərlövhəli materiallardır. Şikayət müəllifləri yazılarda İslam dininə qarşı hörmətsiz yanaşıldığını, milyonlarla müsəlmanın heysiyyatına toxunulduğunu vurğulayaraq Mətbuat Şurasından məsələ ilə bağlı ölçü götürməyi xahiş ediblər.
Komissiya belə rəyə gəlib ki, hər bir KİV kimi, «Alma» qəzeti də mövzu seçimində və təqdimatında sərbəstdir. Lakin elə məsələlər var ki, onlara həssas yanaşmaq zərurəti duyulur və media orqanının peşəkarlıq səviyyəsi, hadisə və proseslərə münasibətdə qərəzsizliyi məhz bununla ölçülür. «Alma» qəzetində gedən hər iki materialda və «Turan Dursundan seçmələr» sərlövhəli yazıya çəkilmiş illüstrasiyada «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın bir sıra tələbləri pozulub. Nəşrin məsələyə dair dərc etdiyi təkzib isə narazılığın aradan qaldırılması baxımından məqbul deyil. Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası bütün bunları nəzərə alaraq qəzetə ciddi xəbərdarlıq olunması rəyinə gəlib. Rəydə həmçinin «Alma» qəzetinin adının Şuranın «qara siyahı»sına salınması üçün əlavə əsasların olub-olmadığının da araşdırılması əksini tapıb.
xeberler.az/Ellada