21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Nazirllər Kabineti Təhsil Nazirliyinin nəzdində təsərrüfat hesablı “Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin yaradılması haqqında” qərarında dəyişikliklər edib.
Dəyişikliyə əsasən, artıq Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi əvvəllər olduğu kimi təsərrüfat hesabı əsasında fəaliyyət göstərməyəcək.
Xeberler.az-ın əldə etdiyi məlumata görə, dəyişikliyə səbəb Hesablama Palatası tərəfindən aparılan nəzarət tədbirləri olub. Belə ki, ötən ilin sentyabrında Hesablama Palatası Təhsil Nazirliyinin Təhsil Sisteminin informasiyalaşdırılması İdarəsinin müəyyən edilməmiş qaydada maliyyələşdirildiyini aşkarlayıb.
Qurum tərəfindən müəyyən olunub ki, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi Təhsil Nazirliyinin nəzdində təsərrüfat hesablı müəssisə olduğu halda, İdarənin bütün xərcləri Təhsil Nazirliyi tərəfindən dövlət büdcəsində nəzərdə tutulmuş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na ayrılmış vəsait hesabına icra edilib.
Hesablama Palatası da bunu nəzərə alaraq Nazirlər Kabinetinə təklif təqdim edib və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin hüquqi statusuna uyğun maliyyələşmə mexanizminin müəyyən edilməsini məqsədəuyğun hesab edib.
Nazirlər Kabineti təklifi dəyərləndirib və Təhsil Nazirliyinin nəzdində təsərrüfat hesablı “Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin büdcə hesabına maliyyələşməsi ilə bağlı qərar qəbul edib.
Bundan sonra adı çəkilən idarə dövlət büdcəsinin “Təhsil” bölməsində təhsil sisteminin informasiyalaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə nəzərdə tutulmuş vəsaitlər və qanunvericiliklə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlər hesabına maliyyələşəcək.
Mirvari Nəcəf