21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Noyabrın 25-dən elektron kommunikasiya şəbəkələrinin milli nömrələmə sisteminə keçidlə bağlı Gürcüstan hakimiyyətinin qərarı qüvvəyə minir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə bu gün Gürcüstanın iqtisadiyyat və sabit inkişaf nazirliyinin informasiya texnologiyaları və rabitə departamentinin rəhbəri İrakli Kaşiadze bildirib.
Onun sözlərinə görə, milli nömrələmə sisteminə keçid prosesi hökumətin planına əsasən yaxın gələcəkdə başlayacaq və milli nömrələrin dəyişdirilməsi 2011-ci ilin dekabrında başa çatacaq. “Milli sistem Gürcüstanın şəhərlərində kodların dəyişdirilməsini təklif edir. Tiflis telefon şəbəkəsində 7 nömrəli abonent nömrəsinə keçid həyata keçiriləcək. Analoji dəyişikliklər digər şəhərlərdə 6 nömrəli olacaq. Mobil rabitə şəbəkələrinin iki rəqəmli kodlarına bir rəqəm - “5” əlavə olunacaq. (Məsələn: “Maqti”-899 əvəzinə 599 olacaq, “Geosell”-877 əvəzinə 577 olacaq.)
Gürcüstan ərazisində xüsusi xidmət təşkilatlarına üç rəqəmli kod təqdim olunacaq. Yerli telefon arayış xidmət şəbəkəsi - 110, yanğından mühafizə xidməti - 111, təcili yardım nömrəsi - 112, təcili tibb yardım - 113, qəza qaz xidməti - 114, patrul polisi - 122, təhlükəsizlik polisi - 125 və s. Şəhərlərarası prefiks (çıxış) və beynəlxalq zənglər üçün nömrələr də dəyişdiriləcək. Şəhərlərarası prefiks “8” əvəzinə “0”, beynəlxalq çıxış nömrəsi isə “00” olacaq.