21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
18 dekabr tarixdə saat 18-də Ambassodor Otelində Milli Net -2009 un qaliblərinin mükafatlandırılmasına həsr olunan Təqdimat mərasimi keçiriləcək.
Milli Net Təşkilat Komitəsindən xeberler.az-a verilən məlumata əsasən, 01 oktyabr 2009-cu il tarixdə başlanan Milli İnternet Mükafatı uğrunda Müsabiqəyə 18 dekabrda yekun vurulacaq və 11 Nominasiya üzrə qaliblərin adları açıqlanacaq. Bu ilki Müsabiqədə yalnız hər Nominasiya üzrə 1-ci yerlərin qaliblərinə Müsabiqənin əsas Mükafatının - tuncdan hazırlanmış, 5 kq. ağırlığında və 30 sm. hündürlüyündə hörümçək toru formasında butanın verilməsi nəzərdə tutulub. Eyni zamanda Nominallara Müsabiqənin Diplomlarının verilməsin nəzərdə tutulub.
Məlum olduğu kimi hazırda 11 Nominasiya üzrə 63 Nominant arasında keçirilən səsvermənin 2-ci mərhələsi davam edir. Səsvermə 15 dekabr tarixdə başa çatacaq.
Təqdimat mərasimində İnternet ictimaiyyətin nümayəndələri, dövlət və özəl sektorun, vətəndaş cəmiyyətinin və media nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Nominantların hamısı Təqdimat mərasiminə dəvətlidir.Təqdimat mərasiminin İnternetdə birbaşa yayımlanması nəzərdə tutulub.
Milli Net-2009 Müsabiqəsinə Azercell, DeltaTelekom və HP şirkətləri dəstək verirlər.