21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində AİF tərəfindən “Azərbaycan İnterneti beynəlxalq kütləvi tədbirlərə hazırdırmı?” mövzusunda Dəyirmi Masa keçirilib.
Tədbirdə AİF prezidenti Osman Gündüz 2012-ci ildə “Eurovision–2012” beynəlxalq tədbirinin Azərbaycanda keçiriləcəyini diqqətə çatdırıb. Tədbirin məqsədinin də əsasən bununla bağlı olduğunu, “Eurovision 2012” keçirilən ərəfədə ölkə İnternetində yarana biləcək problemlər və onların həlli yolları haqqında müvafiq qurumları və ictimaiyyəti məlumatlandırmaqdan ibarət olduğu bildirilib.
 Dəyirmi Masada AİF presidenti Osman Gündüz və İdarə 
Heyətinin üzvü Rüstəm Əliyev mövzu ilə bağlı təqdimat 
ediblər.  Təqdimatda AİF ekspertlərinin yerli və qlobal şəbəkədə bu 
istiqamətdə mövcud vəziyyətin təhlilindən sonra gəldiyi  nəticələr öz 
əksini tapıb. Xüsusilərdə adı çəkilən tədbir keçirilən ərəfədə Azərbaycan 
İnternetinin kontent və texniki-texnoloji vəziyyətinin mühüm əhəmiyyət kəsb 
edəcəyi bildirilib. Həmçinin Azərbaycan və  Bakı ilə bağlı Global 
(Wikipedia, Youtube və s) və milli resurslarda  informasiya ehtiyatlarının 
yetərli olmadığı qeyd olunub.  Turizm və informasiya yönümlü resursların 
yetərli olmaması, mövcud resursların zəif olması da vurğulanıb. Təqdimatda 
xüsusilə ölkə internetinin keyfiyyətsizliyi və Milli internet resursların 
kütləvi ziyarət üçün hazır olmadığı və texniki dayanıqsızlığı diqqətə 
çatdırılıb. Mobil internetin ələ çatımlığının ,tədbir ərəfəsində ictimai Wi-Fi 
şəbəkəsinin yaradılmasının  vacibliyi  qeyd olunub. Müxtəlif 
dillərdəki mühüm milli  informasiya resurslarına  dəstək verilməsinin 
vacibliyi  qeyd olunub. 
Online ödəniş sistemləri və milli naviqasiya 
sistemlərinin tələblərə cavab vermədiyi  diqqətə çatdırılıb.
Tədbirdə iştirak edən aidiyyatı şəxslər mövzu ətrafında çıxışlar ediblər. AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Qabil Abbasov, RİTN –nin nümayəndəsi Kamal Məmmədov, BTRİB –in nümayəndəsi Elman Qədirov, İREX- in nümayəndəsi Mürsəl Əliyev, Sahil şirkətinin direktoru Vahid Qasımov, AİF üzvləri Şaiq Muradov və Rəşad Əliyev, Azerfon şirkətinin meneceri Elşad Fərzəliyev, blogger Rüfət Əhmədzadə, Xəbərlər.az in redaktoru Bəhram Həsənov və başqaları çıxış edərək müzakirə olunan məsələnin mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər. Çıxış edənlər təkliflərə münasibətlərini açıqlayaraq bu istiqamətdə səmərəli təkliflər irəli sürüblər. Çıxışlarda bu istiqamətdə müəyyən işlərin görüldüyü qeyd edilməklə bərabər ciddi problemlərin də olduğu bildirilib. Bununla belə çıxışlarda mövcud olan və gözlənilən problemlərin aradan qaldırılması üçün dövlət, özəl və vətəndaş cəmiyyətinin birgə səylərinin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Tədbirin sonunda müzakirə prosesində irəli sürülən Təkliflərin ümumiləşdirilərək hökumətə və “Eurovision–2012” nin keçirilməsi ilə bağlı yaradılan Təşkilat Komitəsinə təqdim ediləcəyi bildirilib.
Dəyirmi Masada  hökumət qurumlarının nümayəndələri, müstəqil ekspertlər, 
özəl və ictimai sektorun təmsilçiləri, beynəlxalq  təşkilatların  
nümayəndələri  iştirak edib.