21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycanda səfərdə olan London Sitinin merinin xanımı Lin Luder bu gün akademik Zərifə Əliyeva adına məktəbdə təşkil olunan Yay kompüter düşərgəsini ziryarət edib.
Xanım Lin Luder düşərgədə iştirak edən uşaqlarla görüşərək, onların hazırladığı elektron təqdimatları nəzərdən keçirib. Daha sonra xanım Lin Luder proqramlaşdırma, veb-hazırlıq, multimediya-texnologiyaları, informatika üzrə ümumi ilkin biliklər üzrə yaradıcılıq emalatxanalarının fəaliyyəti ilə tanış olub.
Görüşdə Microsoft Azərbaycan şirkətinin təhsil üzrə əməkdaşlıq proqramının meneceri Emin Axundov, British Council Azərbaycanın rəhbəri Nikol de Lalüvye və başqaları iştiarak etmişdir.
Qeyd etmək lazımdır ki, 31 iyul tarixinədək davam edəcək Yay kompüter düşərgəsində 7-10 sinifləri təmsil edən 75 məktəbli iştirak edir.
Yay kompüter düşərgəsi “Microsoft Azərbaycan” şirkəti və “İNFOMAS” qeyri-hökumət təşkilatı tərəfindən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması Dövlət Proqramı” çərçivəsində Təhsil Nazirliyinin yardımılə təşkil olunmuşdur. HP, ULTRA, PCMagazine & Mina Group və British Council düşərgəyə təşkilati dəstək göstərir.