21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
8-15 avqust 2009-cu il tarixində Bolqarıstanın Plovdiv şəhərində məktəblilər arasında İnformatika üzrə XXI Beynəlxalq Olimpiada keçiriləcək.Yarışmalarda informatika və proqramlaşdırma üzrə ən istedadlı məktəblilərdən ibarət Azərbaycanın informatika üzrə milli komandası da iştirak edəcək.
Bir neçə gün öncə məktəblilərlə informatika üzrə milli komandanı dəstəkləyən Azerfon MMC-nin baş direktoru Gido Xelbix görüşüb.
Görüşdə G.Xelbix Azərbaycanda informasiya texnologiyaları sahəsinin inkişafı və bu sahədə peşəkar kadr potensialının artırılması istiqamətində Azerfon şirkətinin atdığı addımlar haqqında danışıb.“İnformasiya kommunikasiya texnologiyaları Azərbaycanda prioritet sektor elan edilib. Bu sektorun davamlı inkişafının təminatı üçün ölkəyə yüksək səviyyəli mütəxəssislər lazımdır. Sabahın mütəxəssislərinin artıq bu gün məktəblilər arasında üzə çıxarmaq, onların informasiya texnologiyaları sahəsində peşələrə yiyələnməsi üçün belə olimpiadalarda iştirakı çox vacibdir” - deyə Azerfon-un baş direktoru bildirib.