21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Tokio şəhər hakimiyyəti turistləri paytaxtın görməli yerləri ilə tanış etmək üçün bələdçi rolunu oynayacaq xüsusi informasiya eynəyini sınaqdan keçirib. Qurğu hazırlanma mərhələsində olsa da, Tokionun Minato rayonunun aşağı sinif şagirdləri onu yoxlamaq imkanından yararlanıblar. Eynəyin şüşəsində əsas görməli yerlər, o cümlədən, məşhur Tokio qülləsi və buddizm məbədi Dzodzedzi, eləcə də ora necə gedib çatmaq haqqında informasiya göstərilir.
Tokio hakimiyyət nümayəndələri qeyd edirlər ki, eynək Tokio küçələrində istiqaməti müəyyən etməkdə çətinliklərlə üzləşən xarici turistlər üçün faydalı olacaq. “Biz ümid edirik ki, eynək-bələdçi 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarınadək hazır olacaq”, deyə- rayon administrasiyasının nümayəndəsi Takaxiro Sasaki qeyd edib.
Adi eynək formasında olan kompüterlərin yaxın vaxtlarda populyar mobil qurğulardan biri olacağı gözlənilir. “IHS Inc.” ABŞ şirkətinin proqnozuna əsasən, artıq 3 ildən sonra dünyada bu eynək sahiblərinin sayı 10 milyon nəfəri ötəcək. “Google” şirkətinin oxşar qurğusu isə 2014-cü ildə satışa çıxarılacaq.
Cənubi Koreyanın “Samsung Electronics” və Yaponiyanın “Seiko Epson” şirkətləri də “ağıllı eynək”lərin hazırlanması üzərində iş aparırlar. (mincom.gov.az)