21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Dünən(4 iyul) gündüz saatlarında "Azernews", "Mədəniyyət", "Müsavat" , "Olaylar" , "Zaman" və s. kimi informasiya saytlarının və online qəzetlərin yerləşdiyi serverlərə güclü DDOS-atak (xaker hücumu) olmuşdur.
Saat 13:00 radələrində başlayan DDOS hücumu gecə saatlarına qədər davam etmişdir.
Serverlərə nəzarət edən "Sahil İT" şirkətinin rəsmisi Vahid Qasımovun verdiyi məlumata əsasən xaker hücumunun konkret hansı ölkədən təşkil olunduğunu müəyyənləşdirmək mümkün olmayıb.Lakin buna baxmayaraq, atak üçün Brazilya İP-lərindən istifadə edilməsi faktı aşkarlanıb.
4 İyul gecə saat: 1:00-da "Sahil İT" şirkətinin mütəxəssisləri tərəfindən hücum edilən İP-lərin hamısı müəyyən edilərək,blok qoyulmuş, milli xəbər saytlarının fəaliyyəti bərpa olunmuşdur.
Məlumat üçün bildirək ki,Azərbaycan dilində web-resursların yaradılmasında öndə gedən şirkətlərdən biri olan “Sahil - İT” MMC şirkəti 2004-cü ildə yaradılmışdır.
Şirkət informasiya texnologiyaları sahəsində bir çox istiqamətdə fəaliyyət göstərməkdədir, əsas olaraq məsləhət və icra xidmətlərinin göstərir. “Sahil-İT”, həm şəxsi istifadə üçün həm də şəbəkə səviyyəsində proqram təminatının yaradılması, quraşdırılması, servisi və texniki dəstəyi ilə məşğuldur, eyni zamanda kompüter qrafikası, web-resurslarının yaradılması və dəstəyi, multimedia xidmətləri ilə məşğul olur. Bununla birlikdə həm də web-resursların qeydiyyatı, İnternetdə yerləşdirilməsi, İnternet reklamı və audit xidmətlərini həyata keçirir.
İnternet sahəsində 6 ildən artıq bir təcrübəyə sahib olan şirkətin serverlərində 100-dən artıq resurs yer almaqdadır.