21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bu gün "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu tərəfindən maliyyələşdirilən "Hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafı" adlı layihə çərçivəsində "Hərbi məlumatların yayılmasında məhdudiyyətlər olmalıdırmı?" mövzusunda debat keçirdi. Tədbirdə QHT təmsilçiləri, jurnalistlər, ehtiyatda olan zabitlər və Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqə şöbəsinin əməkdaşı Teymur Abdullayev iştirak edib.
Mövzuya beynəlxalq prinsiplər çərçivəsində yanaşan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı İdrak Abbasov çıxışında jurnalistin əldə etdiyi istənilən məlumatı balanslı şəkildə, senzurasız və dərhal yayılmasının tərəfdarı olduğunu bildirib.
“Ayna” qəzetinin hərbi yazarı Elçin Eldəniz isə hesab edib ki, hərbi məlumatların yayılmasında əslində Müdafiə Nazirliyi jurnalistlərə kömək etməlidir.
“Manevr” Jurnalist  Araşdırmaları Mərkəzinin sədri Rəşad Süleymanov isə hesab edib ki, jurnalistlər hərbi xarakterli məlumatları yayanda həm də azərbaycanlı olduqlarını unutmamalıdırlar. 
Ehtiyatda və İstefada olan Zabitlər İctimai Birliyinin sədri Yaşar Cəfərli  qanunvericilikdə dövlət və hərbi sirr anlayışları barədə məlumat verib. 
Hərbi Analitik Tədqiqatlar Mərkəzinin (HATM) direktoru İldırım Məmmədov isə jurnalistin işinin məlumat əldə edib yaymaqdan ibarət olduğunu və buna heç bir maneənin yaradılmamağını lazım bildi. Müdafiə Nazirliyi rəsmisi T.Abdullayev isə jurnalistlərin peşəkar şəkildə hərbi məlumatların verilməsində təmsil etdiyi nazirliyin də maraqlı olduğunu və bu istiqamətdə jurnalistlərlə əməkdaşlıq etməyə hazır olduqlarını bildirib.
Habelə debatda “Hərbi Jurnalistlər” İctimai Birliyinin sədri Üzeyir Cəfərov və başqaları da çıxış ediblər.