21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Amerikanın NASA aerokosmik agentliyi uzaq kosmos üçün nəzərdə tutulmuş məlumat ötürülmə şəbəkəsinin ilk sınaq işlərini uğurla həyata keçirib. Belə ki, bir neçə fotoşəkil “planetlərarası internet” vasitəsi ilə Yer Kürəsindən 32 milyon kilometrlik məsafədə yerləşən kosmik zonda ötürülüb və geri qaytarılıb.Kosmosda məlumat ötürülmə üçün, “yerüstü” şəbəkələrdə tətbiq olunan TCP/IP protokolundan fərqlənən DNT (Disruption-Tolerant Networking - “kəsilmələrə (rabitəsizliyə) davamlı məlumat ötürülmə”) protokolu istifadə olunub.
Planetlərarası internet birləşmələr arasında əlaqənin kəsilməsinə və məlumat ötürülmə zamanı gecikmələrə qarşı olduqca davamlı olmalıdır. TCP/IP-dən fərqli olaraq DNT protokolunda şəbəkə qovşaqlarının daim birləşməsi nəzərdə tutulmur. Əgər qovşaq məlumat paketini təyinatı üzrə göndərə bilmirsə, bu zaman həmin məlumat silinməyərək saxlanılır. Göndərilmə cəhdləri, şəbəkə qovşağının digər qovşaqlarla əlaqə qurulmayana və həmin məlumatı uğurla ötürməyənədək davam edir. Yekunda məlumat təyinatı üzrə ötürülür, RİA Novosti  yazır.