21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Aztelekom İstehsalat Birliyinin AzEuroTel Birgə Müəssisəsinə qarşı qaldırdığı məhkəmə iddiası üzrə araşdırmalar davam edir.
Bu günə kimi artıq iki məhkəmə iclasının keçirilsə də,işi aparan hakim Tahirə Ələsgərova hələ yekun qərar çıxara bilməyib.
Qeyri rəsmi mənbələrdən APA-ya verilən məlumata əsasən, məhkəmənin prosesinin ləngiməsinin əsas səbəbi məhkəmə işçilərinin işin məzmunu, yəni müasir informasiya-kommunikasiya texnologiyalarının spesifik xüsusiyyətlərindən dərindən xəbərdar olmaması ilə bağlıdır.
Bununla bağlı, "AzEuroTel" nümayəndələri dünya miqyasında tanınmış Ericsson, Alkatel və s. bu kimi aparıcı telekommunikasiya şirkətlərindən məsləhətçi qismində ekspertlərin cəlb edilməsini təklif ediblər. Lakin Aztelekom bu təkliflə razılaşmayıb.
Məlumat üçün bildirək ki,"Aztelekom" İB "AzEuroTel"in bu quruma 2007-2009-cu illər üçün olan borcunun ödənilməsi iddiası ilə 1 saylı İqtisad Məhkəməsinə müraciət edib. Bunu əsas götürərək, fevralın 23-dən etibarən Aztelekom şirkətin idarəetməsində olan ATS 492/497/437 abunəçilərinə Azərbaycanın rayonlarına və mobil rabitə abunəçilərinə çıxış xidmətlərinin göstərilməsini təmin edən kanalları məhdudlaşdırıb.
Buna cavab olaraq, AzEuroTel də qarşılıqlı iddia ilə İqtisad Məhkəməsinə müraciət edib. İddiada AzEuroTel şirkəti Aztelekomun iki qurum arasında bağlanılmış arabağlantı müqaviləsinin şərtlərinin müntəzəm olaraq pozulduğu bildirilir. Bunun nəticəsində AzEuroTelə maddi və texniki ziyan dəyib və İB-dən 4 mln. manat həcmində təzminatın ödənilməsi tələb olunur.
Qeyd edək ki, sonradan məhkəmə qərarı əsasında AzEuroTelin çıxış kanallarının işi bərpa olunsa da, şirkətin bank hesablarına qoyulan həbs qərarı borc ödənilənədək qüvvədə saxlanılıb.Növbəti məhkəmə iclasının yaxın günlərdə keçiriləcəyi gözlənilir. APA