21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Cari ilin sentyabr ayının 3-4 tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində Regional Rabitə Birliyinin Rəqəmsal Yayım üzrə Koordinasiya Qrupunun növbəti 11-ci iclası keçiriləcək. Azərbaycan tərəfdən iclasda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Teleradio İstehsalat Birliyi və Dövlət Radiotezliklər İdarəsindən mütəxəssislər iştirak edəcəklər.
Tədbirdə RRB-in iştirakçı dövlətlərində rəqəmsal yayıma dair bir sıra aktual məsələlərin və Koordinasiya Şurasının cari ildə gördüyü işlərin müzakirə olunacağı nəzərdə tutulub. Bundan əlavə iclas iştirakçıları öz ölkələrində DVT-T standartlı rəqəmsal yayımın tətbiqinə dair təcrübə və planları barədə məlumat mübadiləsi aparacaqlar.
Əsas diqqət isə Regional Rabitə Birliyinin Rabitə Administrasiyalarının Başçıları Şurası tərəfindən cari ilin may ayında təsdiq olunmuş 174-230 MQs və 470-862 MQs tezliklərinin zolaqlarında rəqəmsal yayım üçün yeni tezlik verilmə/ayrılmaları və planlı tezlik verilmə/ayrılmalarının modifikasiyası haqqında Tövsiyəyə dair işlərin yekunlarına ayrılacaq.Bundan əlavə tədbir boyu rəqəmsal yayımın tətbiqi üzrə perspektiv texnologiyalarının nəzərdən keçirilməsi, təcrübəli yayım zonalarının sınaqdan keçirilməsi nəticələri haqqında məlumat mübadiləsi, qəbuledici-verici avadanlığın təhlili və digər məsələlərin müzakirə olunacağı planlaşdırılır.