Rusiya təhsilində internet vərdişlərinin öyrədilməsi üçün  kiçik yaşlardan dərslər keçirilir. Informatika  7-8 yaşından  başlayaraq bütün  təhsil alanlar üçün vacibdir. 
Rusiya internetdən istifadəyə görə Avropada 4-cü yeri tutur. Avropa ölkələri arasında internet istifadəçilərinin sayına görə Rusiyanı yalnız Almaniya, Böyük Britaniya və Fransa qabaqlayıb. Rusiyada hər bir insan  internetdə orta hesabla ayda 15 saat vaxt  keçirir. Hal-hazırda  internet Rusiyanın orta  və ali məkətblərdə  dərs proseslərinin əksəriyyətinin ayrılmaz hissəsidir. Ali təhsil müəssisələrində ümumdünya hörümçək torunda işləmək üçün xüsusi leksiyalar oxunulur və praktiki məşğələlər  keçirilir. Elektron kitabxanalar,  arxivlər yaradılır.
 “Distansiyalı təhsil” adlı sistem də  yaradılıb. Müxtəlif yaşlı şagirdlər  internet  vasitəsilə fərqli fənlərdən test  yoxlanışından keçirlər. Bu sistem insanlara əsas fəaliyyətləri ilə paralel olaraq daha yüksək təhsil almağa şərait yaradır,  Rusiya vətəndaşlarının xaricdə  təhsil almaq, elmi dərəcələrini artırmaq imkanlarını genişləndirir. Belə sistemdə təhsil almağı beynəlxalq cəmiyyət də qəbul edir.
Rusiya təhsilində internet vərdişlərinin öyrədilməsi üçün  kiçik yaşlardan dərslər keçirilir. Informatika  7-8 yaşından  başlayaraq bütün  təhsil alanlar üçün vacibdir. Orta  və ali məkətblər öz saytlarını  və   internet vəsaitlərini yaradırlar. Həmçinin müəllimlər də kompüter siniflərində təzədən hazırlıq keçirlər. 
Buna baxmayaraq internetlə təhsilə müxtəlif baxışlar mövcuddur. Müəllimlərin çoxu   internet və onunla bağlı olan şeylərin əleyhinə çıxırlar, elektron kitabların  oxunulmasına, internetdən köçürülən referat ve kurs işlərinə  qarşıdırlar.
İnternet,  elektron poçt, çap materiallarının CD-Rom-larla göndərilməsi, telefon və internet vasitəsilə konfranslar, virtual otaqlar, virtual kitabxanalar, faksimil əlaqə, üzbəüz kontakt vaxtının müəyyənləşdirilməsi və s.Rusiya təhsilinin müasir və ayrılmaz yenilikləridir.
xeberler.az/Kamilla