21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov iyulun 9-10-da Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının növbəti illik toplantısında iştirak etmək üçün Türkiyəyə səfər edib.
Şuradan verilən xəbərə görə, İstanbulda baş tutacaq tədbirdə MŞ sədri rəhbərlik etdiyi qurumun fəaliyyət prinsipləri, həyata keçirdiyi işlərlə bağlı məruzə edəcək. Toplantıda həmçinin dünyada söz və mətbuat azadlığının vəziyyəti, KİV-in özünütənzimləmə üsullarının təkmilləşdirilməsi müzakirə olunacaq, mövcud problemlər araşdırılacaq və vəziyyətdən çıxış yolları müəyyənləşdiriləcəkdir.
Qeyd edək ki, Azərbaycan Mətbuat Şurası 2005-ci ildən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının, Şura sədri Əflatun Amaşov isə qurumun İdarə Heyətinin üzvüdür. MŞ bu kimi toplantılara artıq üçüncü dəfədir qatılır.