21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Smartfon sahiblərinin əksəriyyətinin təhlükəsizliyin əsasları barədə bilikləri olduqca kiçikdir. AVG antivirus həlləri istehsalçısı və The Ponemon Institute məsləhətçi şirkəti tərəfindən aparılmış birgə araşdırmaya əsasən, ABŞ-da smartfon sahiblərinin 84 faizi eyni telefonu həm şəxsi, həm iş məqsədləri üçün istifadə etməklə, qurğunun itirilməsi zamanı burada saxlanılan məlumatları ikiqat təhlükə altına atır.
Araşdırma çərçivəsində aparılmış sorğu iştirakçılarının 66 faizi öz smartfonlarında onların şəxsiyyətini müəyyən etmək üçün istifadə oluna biləcək məlumat (elektron poçt ünvanları, əlaqələr siyahıları, fotoşəkillər, video, bayramlar təqvimləri və s.) saxladıqlarını bəyan ediblər. Bundan əlavə respondentlərin 23 faizi etiraf edib ki, mobil telefonlarında müxtəlif parolları da saxlayırlar.
Sorğu zamanı məlum olub ki, smartfon sahiblərini zərərli proqramlar və ya mümkün haker hücumları deyil (44 faiz), daha çox reklam elanları narahat edir (67 faiz). Hesabatda qeyd olunur ki, sorğu iştirakçılarının 66 faizi telefonları vasitəsilə heç olmasa bir dəfə şəbəkədən alış-veriş edib, 38 faizi müntəzəm şəkildə ödənişlər aparır, 14 faizi isə internet-bank xidmətlərindən istifadə edir.
Respondentlərin 12 faizinin sözlərinə görə, onlar mobil dələduzluğun qurbanı olublar. Bununla belə sorğuda iştirak edən smartfon sahiblərinin yarısından azı telefonlarında klaviaturanın bloklanması və ya paroldan istifadə edir. Mobil antivirus proqramlarının əldə edilməsi barədə respondentlərin 29 faizi düşünür.