21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Daha öncə də məlumat verdiyimiz kimi, Azərbaycanın ilk beynəlxalq televiziyası olacaq “ATV İnternational” (“ATV İnt”) kanalı bu ayın sonlarında fəaliyyətə başlaya bilər. ATV-nin “Xəbərlər” departamentinin baş redaktoru Vaqif Aydınoğlunun verdiyi məlumata görə, “ATV İnt” beş dildə xəbər yayımlayacaq. Azərbaycan, fars, ingilis, rus və erməni dillərində yayımlanacaq xəbərlər üçün 30-a qədər kadr seçilib.V.Aydınoğlunun sözlərinə görə, televiziya Azərbaycanın təbliği ilə bağlı yaradıldığından bu istiqamətdə xəbərlərə daha çox üstünlük veriləcək.
Erməni dilli kadrlara gəlincə, V.Aydınoğlunun sözlərinə görə, düşmən ölkənin dilində danışa bilən kadrlar doğrundan da azdır: “Erməni dilli kadrlar tapmaq çətin oldu. Gənc kadrlar arasında demək olar ki, bu dili bilən yoxdur. Bakı Dövlət Universitetində erməni dili hazırlığı keçilir. Lakin bu hazırlığı keçmiş şəxslər erməni dilini çox zəif bilirlər. Buna görə də biz xəbərlərin erməni dili üzrə qrupunu yaşlı nəslin hesabına təşkil etdik. Qrupda vaxtilə Ermənistan Dövlət Universitetində dərs demiş müəllim, erməni dilli qəzetlərdə işləmiş şəxslər var. Hələlik televiziyanın ”Xəbərlər" xidmətinin neçə saatdan bir efirə verilməsi üzərində müzakirələr gedir. Ümumilikdə isə “ATV İnt”-in bir xəbər buraxılışı 12-15 dəqiqədən ibarət olacaq".
Maraqlıdır, erməni dilində xəbərlərin hazırlanıb, efirə verilməsi nə dərəcədə əhəmiyyətlidir? Ümumiyyətlə, düşmən millətə xəbərçilik xidməti göstərmək üçün bunca vəsait və enerjiyə nə ehtiyac var?
Media eksperti Zeynal Məmmədli hesab edir ki, bu verilişlər Azərbaycanın potensial erməni vətəndaşları üçün nəzərə alınaraq hazırlanıbsa, anlaşılandır. Bu haqda Zeynal müəllim "Yeni Müsavat" qəzetinə müsahibəsində bildirib.Onun fikrincə, bu addım Dağlıq Qarabağ probleminin həlli, eləcə də ölkəmizdəki sosial-mədəni gəlişmələrin sözügedən bölgədə yaşayan erməniləri nəzərə alaraq atılmış sayıla bilər: “Amma Ermənistandakı vətəndaşların buna qulaq asması nəzərə alınıbsa, bunun hər hansı əhəmiyyətini anlaya bilmirəm. Sırf bu məqsədlə həmin sahəyə pul və enerji xərclənməsini gərəksiz sayıram. Hesab edirəm ki, Azərbaycan və Ermənistan vətəndaşları arasında sürəkli, düşünülmüş debatların keçirilməsinə daha çox ehtiyac var, nəinki belə verilişlərin”.