21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
APA-ECONOMICS-ə verilən məlumata görə, bu ilin fevral ayının sonuna kimi Azərbaycanda Milli Coğrafi Paylanmış Şəbəkə Sisteminin (GRİD) yaradılması ilə bağlı aparılan işlər başa çatdırılacaq. GRİD sistemi Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda Avropa Nüvə Tədqiqatı Mərkəzi (CERN) ilə elmi əlaqələrin genişləndirilməsi məqsədi ilə yaradılır. 
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, AMEA-nın Fizika, Radiasiya Problemləri və İnformasiya Texnologiyaları institutları, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft Akademiyasının iştirakı ilə yaradılan yeni sistemin tətbiqi hesabına daha tutumlu yüksək sürət və geniş imkanlar əldə olunacaq.
Artıq AMEA-nın Fizika İnstitutunda CERN-in köməkliyi ilə yaradılmış Kompüter Mərkəzinin Beynəlxalq GRID sisteminə qoşulması və Böyük andron kollayderinin «Atlas» qurğusundan alınan təcrübi nəticələrin işlənilməsi məqsədi ilə instituta 5 Gbt/saniyə sürətli ayrıca optik lifli xəttin ayrılması üçün müvafiq tədbirlər planının hazırlanması nəzərdə tutulub. 
Qeyd edək ki, GRID texnologiyası əsasında böyük elmi-texniki məsələlərin həlli üçün nəzərdə tutulmuş, birləşdirilmiş beynəlxalq resursların, milli və ya regional hesablama kompüter infrastrukturlarının inteqrasiyası həyata keçirilir. GRİD-də coğrafi uzaq kompüter resurslarının inteqnasiyası nəzərdə tutulur. GRİD konsepsiyası dünya iqtisadiyyatının inteqrasiyası, informasiya mübadiləsi prosesinin qloballaşması, informasiya təhlükəsizliyi vasitələri və texnologiyalarının fasiləsiz təkmilləşdirilməsini təmin edir.