21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Dünən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində İnternetin İnkişafı üzrə Koordinasiya Şurasının iclası keçirilmişdir.
Koordinasiya Şurasının sədri, Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə gündəlikdə ölkədə İnternet xidmətlərin qiyməti və keyfiyyəti məsələsinin durduğunu qeyd etdi.
E. Vəlizadə ölkə vətəndaşlarının gündəlik həyatında informasiya texnologiyalarının artan rolunu vurğulayıb: “İnformasiya texnologiyalarının inkişafı bizim həyatımıza yeni xidmətlər gətirir. Bu xidmətlərin bir çoxu internet vasitəsilə təqdim olunur. Bu baxımdan İT-xidmətlərin gələcəkdə inkişafı və tətbiqi üçün internet qiymətləri vacib rol oynayır”, - deyə nazir müavini bildirib.
RİTN tərəfindən ölkədə İKT-nin, o cümlədən İnternet xidmətlərin inkişafı istiqamətində daim işlərin görüldüyünü deyən E.Vəlizadə hələ ilin əvvəlində Azərbaycanda genişzolaqlı internet xidmətlərinə görə qiymətlərin 2 dəfə endirildiyini xatırladıb. Keçən 6 ay ərzində genişzolaqlı internet istifadəçilərinin sayı xeyli çoxalıb, regionlarda da yayılması genişlənib və zəng edib qoşulan istifadəçilərin sayında azalma baş verib. Bu işlərin davamı olaraq Delta Telekom şirkəti tərəfindən qiymətlərin yenidən azaldılması barədə təklifin daxil olduğunu bildirərək sözü Delta Telecom şirkətinin nümayəndəsi Rahid Ələkbərliyə vermişdir.
Koordinasiya Şurasının üzvü Rahid Ələkbərli ölkədə İnternet xidmətlərin inkişafı sahəsində şirkətin gördüyü işlərdən danışmış və Azərbaycanın İnternet xidmət provayderləri üçün qiymətlərin endirilməsi barədə şirkətin qərarını elan etmişdir. Beləliklə, alınan həcmin artımından asılı olaraq provayderlərə 10-60%-dək endirimlər təklif olunacaqdır ki, bu da son nəticədə cari ilin sentyabrın 1-dən internet-tarfikə görə qiymətlərin təxminən 3 dəfə azaldılması deməkdir. Belə ki, 1 sentyabr tarixindən başlayaraq trafikinin həcmini 60% artıran provayderlər üçün 1Mb/s sürətinə görə mövcud olan qiymət 275 manatdan 110 manata endiriləcəkdir.
Koordinasiya Şurasının üzvü, Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev cari ildə ölkədə İnternet qiymətlərində baş vermiş ardıcıl endirimlər nəticəsində qiymətlərin dəfələrlə azalmasını ölkədə rəhbərliyinin, nazirliyin həyata keçirdiyi siyasətin təzahürü olduğunu bildirmişdir.
Sonda E.Vəlizadə bu addımın ölkəmizdə İnternet qiymətlərinin beynəlxalq səviyyəyə çatdırılması istiqamətində mühüm hadisə olduğunu bildirərək, ölkə provayderlərinin yaranmış imkandan istifadə etməyə və istifadəçilərə göstərilən xidmətlərin endirilməsinə çağırmışdır. O, istifadəçilər üçün yeni tariflərin tətbiqinin müəyyən vaxt və hazırlıq tələb etdiyini vurğulayaraq hər bir şirkətin öz planlarını nəzərdən keçirməyi tövsiyə etmişdir.
E.Vəlizadə RİTN, Koordinasiya Şurası və İnternet provayderlərlə birlikdə ölkədə geniş çeşidli, keyfiyyətli və münasib qiymətlərlə xidmət göstərilməsi istiqamətində gələcəkdə də səylərin davam etdirəcəyini bildirmişdir.
Qeyd edək ki, Azərbaycanda internet qiymətlərinin endiriləcəyi haqda xeberler.az ilkin olaraq məlumat yaymışdı.