21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
“Mozilla Foundation” təşkilatı “Firefox 4” brauzerin yeni versiyasını təqdim edib. “Firefox” versiyasını yükləmək üçün xüsusi olaraq: http://glow.mozilla.org/ saytı yaradılıb. İstifadəçilər “Firefoxs”un müxtəlif dillərdə 80 versiyasını yükləyə bilər.
İstehsalçıların fikrincə,“Firefox 4” digər versiyalardan daha sürətli işləyir. “Firefox”da işin sürəti 6 dəfəyədək artıb.Yeni baza əsasında işləyən “Firefox 4” istehsalçılara “JavaScript”-in sürətini də artırmağa imkan yaradır.
Mozilla həmçinin, brauzerin interfeysini tamamilə yeniləyib. İndi istifadəçilərin ən çox ziyarət edilən veb səhifələri menyuda yerləşdirmək imkanı var. İstifadəçilər veb əlavələrə keçid üçün ünvan sətrinə lazım olan sorğunu daxil edir. Bu zaman brauzer avtomatik olaraq lazımi veb əlavəni açır. “Firefox” istifadəçilərə açılan veb səhifələrin qruplaşdırılmasına da imkan yaradır. Qeyd edək ki, bu əməliyyat indiyənədək “Opera” brauzerində var idi.
Xatırladaq ki, “Firefox 4”-ün ilk versiyası 2010-cu ilin iyun ayında təqdim olunub.  “Firefox”-a dünyada 400 milyondan çox istifadəçi cəlb olunub. Ümumi istifadəçilərin sayına görə isə o, yalnız  “Microsoft Internet Explorer” ə uduzur.