21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
“Elektron hökumət” portalına inteqrasiya olunan elektron xidmətlərin sayı durmadan artır.
 
Hazırda əksər dövlət qurumları portala qoşularaq elektron xidmətlərini istifadəçilərin ixtiyarına verib.
 
Xeberler.az ICTnews-a istinadən məlumat verir ki, artıq Rabitə və Yüksək Texnologiyalar, Xarici İşlər, Daxili İşlər, Ədliyyə, Fövqəladə Hallar,  İqtisadiyyat və Sənaye, Vergilər, Energetika, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Təhsil, Səhiyyə, Nəqliyyat, Gənclər və İdman, Müdafiə Sənayesi nazirlikləri, Qiymətli Kağızlar üzrə, Şəhərsalma və Arxitektura, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə, Gömrük, Torpaq və Xəritəçəkmə, Əmlak Məsələləri,  Ailə, Qadın və Uşaq Problemləri üzrə, Statistika, Diasporla İş üzrə, Standartlaşdırma, Metrologiya və Patent üzrə dövlət komitələri, Dövlət Sosial Müdafiə Fondu, Tələbə Qəbulu üzrə, Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə dövlət komissiyaları,  Mərkəzi Seçki Komissiyası, Miqrasiya, Sərhəd, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidmətləri, Müəllif Hüquqları, Satınalmalar üzrə, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə dövlət agentlikləri, Dövlət Dəniz Administrasiyası, Milli Arxiv İdarəsi, Baş Prokurorluq, “Azərsu”, “Azərenerji” və “Meliorasiya və su təsərrüfatı” Açıq Səhmdar cəmiyyətləri portala qoşulub.
 
Portalda qurumların 405 e-xidməti yerləşdirilib.
 
Lakin Azərbaycan Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıda adı olan 5 dövlət qurumu hələ də portala qoşulmayıb. Bunlar Mədəniyyət və Turizm Nazirliyi, Maliyyə Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və Dövlət Mülki Aviasiya Administrasiyasıdır.