21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
"America Online" (AOL) media korporasiyası dünyanın ikinci İnternet axtarışı servisi "Yahoo!"nu satın almağı planlaşdırır. 
AOL təkbaşına bu əməliyyatı həyata keçirə bilməz. Çünki AOL-un birja dəyəri indi $2,68 milyard, "Yahoo!"nun qiyməti isə $20,56 milyarda bərabərdir. Ona görə də AOL sövdələşməyə "Silver Lake Patrners" və "Bləckstone Group" investisiya fondlarını cəlb etməyə çalışır. "Bloomberg" bildirir ki, həmin investisiya fondları AOL-a $10-12 milyard verməyə razıdır.
Əgər AOL "Yahoo!"nun satın alınmaq təşəbbüsünə daha iki-üç korporasiya da qoşula bilər. Belə ki, "Yahoo!"ya böyük həcmli investisiyaların yatırılmasında Çinin "Alibaba Group" şirkəti də maraqlıdır.
AOL "Yahoo!"nun 40%-lik payını satın almaq fikrindədir.
"Yahoo!" isə artıq iki həftədir ki, "udulma"sının qarşısını almaq üçün müdafiə tədbirləri hazırlayır. Korporasiya bu məqsədlə "Goldman Sachs" bank qruplaşmasının analitikləri ilə danışıqlar aparır.
Hazırda "Alibaba"nın səhm paketi olmadan "Yahoo!"nun birja kapitallaşmsı dəyəri 2009-cu ildəki illik mənfəət həcminin 1,5 mislinə bərabərdir. Bu isə "Yahoo!"nun anomal dərəcədə ucuzlaşdığını göstərir.
"Yahoo!"nun malliyyə durumu indi pis olmasa da, artıq dalbadal 6 rübdür ki, şirkətin rüblük mənfəəti $1,2 milyard səviyyəsində dəyişməz qalır. Bu, şirkətin inkişafının dayandığını göstərir.
/Ekspress/