21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Microsoft şirkəti yeni Windows phone telefonlarının dünya bazarına buraxılmasını bəyan etdi. Sözügedən Windows phone telefonları müxtəlif çeşid və qiymətlərlə təklif olunur. Windows phone ilə istifadəçilər öz telefonlarını bir barmaq toxunuşu ilə idarə edəcək və əla mobil brauzeri ilə İnternet səhifələrini nəzərdən keçirə biləcəklər. Həmin telefonların istifadəçiləri həmçinin iki yeni xidmətə qoşulmaq imkanını da əldə edəcəklər. Həmin xidmətlər bütün məlumatların ehtiyat nüsxələnməsini həyata keçirməyə, həmçinin telefonda olan məlumatları şəbəkə çərçivəsində bölüşməyə və Windows Marketplace-da bir sıra faydalı proqramları əldə etməyə imkan verir. Microsoft şirkəti ümid edir ki, şirkətin tərəfdaşları 2009-cu ilin sonunadək 20-dən çox ölkəyə 30-dan çox yeni telefon növlərini təchiz edəcəklər.
“Evdə və ya işdə olmağımızdan asılı olmayaraq, lazımi insanlarla qısa müddət ərzində əlaqə yaratmaq və zəruri məlumatlara giriş əldə etmək bizim hamımız üçün çox vacib bir məsələdir. Windows phone insanlara rəqəmsal məlumatlar, kommunikasiyalar, proqramlar və əyləncələr dünyasını özləri ilə götürməyə imkan verir”, deyə Microsoft şirkətinin baş direktoru Stiv Ballmer qeyd edir.
İş və əyləncə üçün tək telefon
Windows phone ilə insanlar həyatlarının planlaşdırılmasında (işdən başlayaraq ev və əyləncələrədək) öz telefonlarına arxalana bilərlər. Sənəd ilə işləməyinizdən və yaxud vakansiyalar haqqında məlumatları yeniləməyinizdən asılı olmayaraq, Windows phone sizə daim əlaqədə qalmaq üçün imkan yaradır. Nəzərə alanda ki, telefonlar hər zaman öz sahiblərinin şəxsiyyətini və müəyyən istəklərini tamamlayırlar, Microsoft şirkəti Custom Theme Creator adlı yeni xidməti təklif edir. Bu həllin yardımılə istifadəçilər Windows phone üçün dizayn və rəng seçməklə (http://www.windowsphone.com/theme) şəxsi mövzularını yarada biləcəklər.
Windows phone telefonlarının istifadəçilərinə aşağıdakı xidmətlər təqdim olunacaq:
• What’s New (Yenilik varmı) funksiyaları və bütün sosial şəbəkələrdə (Twitter, Facebook, MySpace və Flickr kimi) şəkil mübadiləsi üçün təkmilləşdirlimiş servis ilə genişləndirilmiş Windows Live;
• Öz sinfində ən yaxşı hesab olan elektron poçt və Outlook Mobile və Exchange Server Synchronization proqramlarının yardımılə telefondan bir neçə poçtun idarə edilməsi imkanı;
• PowerPoint proqramını istifadə etmək üçün imkan, həmçinin Microsoft Office Mobile proqramının yardımılə telefonlardan Word və Excel sənədlərinin açılması və redaktə edilməsi üçün imkan;
• Windows Live Media Manager proqramı vasitəsilə faylların sinxronlaşdırılması, həmçinin Windows Media Player proqramı;
• Kompüterdə olduğu kimi internet-saytları nəzərdə keçirməyə imkan verən Adobe Flash Lite ilə təkmilləşdirilmiş Windows Internet Explorer mobil brauzeri.