21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Təhsil sistemi çərçivəsində 30-a yaxın kateqoriya üzrə veb-saytalar (filtrasiyadan keçirilir. Bu haqda qərar “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində məzmunun təhlükəsizliyinin təmin olunması üçün yaradılmış Təhsil Nazirliyində İnternetdən istifadə məsələləri üzrə Şura tərəfindən qəbul edilmişdir.
Şagirdlərin və tələbələrin psixikasını və mənəviyyatını qorumaq, onları yetişən nəslin sağlam formalaşaması üçün zərərli olan informasiyalardan istifadəsini məhdudlaşdırmaq üçün Azərbaycan Təhsil Şəbəkəsi (AZEDUNET) çərçivəsində Websense proqramı tətbiq edilir. Websense proqramı avtomatlaşdırılmış şəkildə bütün saytları filtrasiya edir və əgər internet-resurs qadağa qoyulmuş kateqoriyalara adiddirsə, ona girişi qadağan edir. Websense proqramı vasitəsilə internetdə yerləşən video və audio fayllara da çıxışı məhdudlaşdırmaq olur. Bu texnologiya internet-axtarış sistemlərində müxtəlif dillərdə 60-a qədər kateqoriya üzrə zərərli informasiyanın axtarışını məhdudlaşdırır və uşaqların zərərli məzmundan maksimal müdafiəsini təmin etməyə imkan verir.
Qeyd edək ki, Şuranın əsas fəaliyyət istiqamətləri filtrasiya və tədris ocaqlarında təhsil alan məktəblilərin və tələbələrin zərərli informasiyaya çıxışını məhdudlaşdırmaq üzrə tövsiyələr və praktik təkliflər hazırlamaqdır. Bu prosesi təmin etmək üçün Şura Böyük Britaniya, ABŞ, Rusiya və Estoniyanın təcrübəsindən geniş istifadə edir.