21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Təhsil Nazirliyini keçiridiyi Elektron Təhsil Müsabiqəsinin təşkilat komitəsi bildirib ki, Ekspertlərin və Münsiflərin qiymətləndirməsi əsasında Müsabiqənin Nominantları seçilib.
Müsabiqəyə təqdim olunan 810 Layihədən cəmi 89 Layihə Müsabiqənin Nominantı seçilərək mübarizəni davam etdirmək imkanı qazanıblar . Təşkilat Komitəsinin qərarı ilə 1-ci Nominasiya üzrə 29 , 2-ci Nominasiya üzrə - 15 , 3-cü Nominasiya üzrə 28, 4-cü Nominasiya üzrə 7 və nəhayət 5-ci Nominasiya üzrə 10 Nominant yeri müəyyən olunub.
Elektron Təhsil Müsabiqəsinin qalibləri səsvermənin sonuncu - 3-cü mərhələsində müəyyən olunacaq. Bu mərhələ 15 iyun 2010-cu il tarixədək yekunlaşacaq. Münsiflər Heyəti bu mərhələdə hər bir Nominasiya üzrə Nominant resurslar arasından .mövcud Kriteriyalar və qiymətləndirmə prinsipləri əsasında qalibləri seçəcəklər . Bu müddət ərzində qeydiyyatdan keçən iştirakçılar Nominant elan olunan resurslar haqqında öz rəylərini və şərhləri yaza bilərlər.
Qaliblərin mükafatlandırılmasından ibarət olan yekun Təqdimat mərasiminin iyun ayının 20-dək keçirilməsi nəzərdə tutulub.
Elektron Təhsil Respublika Müsabiqəsinin N O M İ N A N T LA R I aşağıdakılardır :
--Fənlərin tədrisində İT-dən istifadə üzrə ən yaxşı metodika (29)
--İbtidai təhsildə İT-dən istifadə üzrə ən yaxşı metodika (15)
--İKT-dən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli (28)
--Təhsildə İnternet resurslar (10)
Bu ilki Müsabiqə “Təhsildə İnternet texnologiyalar" və “Müasir məktəbdə elektron tədris resursları” istiqamətləri üzrə təşkil olunur. Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet texnologiyalardan tədris prosesində istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İnternetdən istifadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.
Jalə Nəcəfova