21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
NEC şirkətinin mühəndisləri insanların üz cizgiləri ilə cinsini və yaşını müəyyən edə bilən Next Genration Digital Sinage Solution kompüter sistemi yaradıblar. Network World xəbər verir ki, bununla reklamverənlər auditoriya üçün hansı reklamın nə dərəcədə maraqlı olduğunu müəyyən edə biləcəklər.
Reklam lövhəsinin yanında qoyulmuş kamera keçənlərin sifətlərini çəkir, sistem isə dərhal onların cinsini, ehtimal edilən yaş həddini müəyyən edir. İnsan kameranın qabağında nə qədər çox dayansa, bir o qədər dəqiq yaş müəyyən edilir. Sonra sistemin yaddaşında şəkillər qalmır, ancaq demoqrafik məlumatlar yığılır, sonra reklam verənə göndərilir.
İndi Yaponiyada Fuji Television Network TV- şirkətinin köməyilə yeni sistemin sınaqları keçirilir. NEC şirkətində artıq şəxsləri tanıma sistemi var. Bu sistemə girişdə insanın üzü buraxılış və parol qismində işlədilir. Sistem insanın gözlərinin yerləşməsi şəklinə əsaslanır və sonra tanımanı məlumat bazasında olan şəkillərlə müqayisə edərək keçirir. Şəxsin üzünü müəyyən etmək üçün bir-iki saniyə vaxt gedir.