Bu gün   Beynəlxalq Mətbuat Mərkəzində Multimedia Mərkəzi tərəfindən “Yeni medianın tədrisinin təkmilləşdirilməsi”  mövzusunda Dəyirmi Masa  təşkil olunub.
Multimedia Mərkəzinin rəhbəri, AİF –in prezidenti  Osman Gündüz Dəyirmi Masanı açaraq
Bu gün   Beynəlxalq Mətbuat Mərkəzində Multimedia Mərkəzi tərəfindən 
“Yeni medianın tədrisinin təkmilləşdirilməsi”  mövzusunda Dəyirmi Masa  
təşkil olunub.
Multimedia Mərkəzinin rəhbəri, AİF –in prezidenti  
Osman Gündüz Dəyirmi 
Masanı açaraq onun məramı və məqsədi haqqında məlumat verib. O, həmçinin
 
“Yeni medianın yeni tədris modulları” mövzusunda Təqdimatla çıxış edib.
 O, ölkədə ilk dəfə olaraq Yeni media fənninin tədris ilə bağlı ciddi 
araşdırmaların aparıldığını və bunun əsasında Universitetlərdə tədrisi 
nəzərdə tutulan yeni media fənlərinin Modullarının hazırlandığını  
bildirib. O aşağıdakı Modulları təqdim edib:  Yeni Mediaya giriş fənni, 
 Onlayn Jurnalistika fənni,  Multimedia Jurnalistika fənni , Sosial 
Media fənni.
Osman Gündüz  qeyd edib ki Yeni medianın tədris modulları hazırlanarkən 
 Beynəlxalq standartlar öyrənilib, ölkənin Yeni media bazarında 
peşəkarlıq və kadrlarla bağlı situasiya araşdırılıb və ölkədə Yeni 
medianın inkişaf perspektivləri nəzərə alınıb. Yeni modullar 
hazırlanarkən həmçinin Ali təhsil müəssisələrində təhsil prosesinin 
təşkilində mövcud standartlar da nəzərə   alınıb. Yeni fənlərin  həm 
fundamental , həm də ixtisasın (proqramın) peşə hazırlığı fənləri 
qrupuna daxil edilməsi nəzərdə tutulur. 
 Fənn  modulları hazırlanarkən onlayn jurnalist hazırlanmasına qoyulan 
tələblərlə bərabər, ölkənin Yeni media bazarının konkret sahələri üzrə 
(İnternet TV/Radio sektoru, Sosial media sektoru, Onlayn qəzet /Agentlik
 sektoru) kadrlara verilən  tələblər də nəzərə alınıb.
Dəyirmi Masada  Xəzər Universitetinin İnternet jurnalistika müəllimləri,
 gənc yazar 
Aydın Xan və Cabir Məmmədli , Slavyan Universitetinin   
kafedra müdiri 
Aynur Bəşirli və müəllimi Xanım  Cavadova,  AMEA İTİ-nin 
şöbə müdiri 
Rasim Mahmudov,  yeni media mütəxəssisi 
Azər Nəzərov, 
İREX-in rəhbəri 
Angela Nicoara və əməkdaşı 
Ələsgər Məmmədli, Azərbaycan 
Universitetinin müəllimi
 Lalə Dilanova,  Naxçıvan Dövlət Universitetinin
 müəllimi 
Şəhla  Şirəliyeva, BDU-nun kafedra müdiri 
Cahangir Məmmədli,  
Jurnalistika Fakültəsinin dekan müavinin 
Əli Haciyev və Onlayn  Xəbər 
qurumunun inzibatçısı 
Samir İsayev,  Day.az  Radio –nun direktoru 
Zaur 
Darabzadə, Yeni Nəsil Jurnalistlər Birliyinin rəhbəri
 Arif Əliyev,  
Professor Qulu Məhərrəmli , Mətbuat Şurasının sədr müavini  
Müşfiq Ələsgərli,  Rabitə Dünyası 
qəzetinin yazarı S
eymur Qasımbəyli  və digərləri mövzu ətrafında çıxış 
ediblər.
Çıxışlarda Yeni Medianın  tədris modullarının mühüm əhəmiyyət kəsb 
etməsi və vacibliyi qeyd edilib.  Jurnalistika təhsili verən 
Universitetlərin tədris proqramlarında yer alması üçün atılacaq addımlar
 diqqətə çatdırılıb. Müzakirələrdə  Modulların təkmilləşdirilməsi 
istiqamətində təkliflər irəli sürülüb. 
Sonda Modulların müzakirə üçün açıq olduğu və irəli sürülən təkliflər  
nəzərə alınmaqla yenidən işlənərək Universitetlərə təqdim ediləcəyi 
bildirilib
Yeni medianın tədris modulları Multimedia Mərkəzinin həyata keçirdiyi  
”Yeni medianın  tədrisinin təkmilləşdirilməsi” Layihəsi çərçivəsində 
hazırlanıb. Layihə çərçivəsində həmçinin  9 Universitetə Onlayn 
Laboratoriyalar  təqdim olunub, bununla bağlı təlimlər keçirilib. BDU-da
 İnternet Studiyanın yaradılması başa çatmaq üzrədir. Həmçinin yeni 
medianın tədrisi ilə məşğul olanlara metodiki-informasiya dəstəyi üçün 
onlayn resurs hazırlanır. 
Yeni medianın tədris Modullarını buradan əldə etmək olar : http://yenimedia.az/t%C9%99dris/ym-modullari