21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
“AZƏRFOTO” layihəsi olan və “Təmiz Şəhər” ASC tərəfindən həyata keçirilən Azərbaycanın ilk online foto müsabiqəsi “Mobiloqrafiya” davam edir. “Mobiloqrafiya” foto müsabiqəsi hər kəsin qatıla biləcəyi formatda təşkil olunmuş bir müsabiqədir. Çünki bu müsabiqədə yalnız peşəkar avadanlıqlarla çəkilmiş fotolar deyil, həmçinin mobil telefon, kiçik ölçülü həvəskar fotokameralar, planşet kompyuterlərlə və s. çəkilmiş foto şəkillər iştirak edə biləcək. Bu dəfəki “Mobiloqrafiya” foto müsabiqəsinə, şəhərin təmizliyinin qorunub saxlanılması və tullantılarla düzgün rəftar edilməsi məqsədilə şəhəri çirkləndirənlərin ifşa olunması, sakinlərin dürüst davranışı və ictimaiyyətin rolunu əks etdirən mövzuda foto şəkillər qəbul olunacaq.
“Mobiloqrafiya” müsabiqəsinin yekununda təşkil olunacaq sərgidə qaliblər elan olunacaq.
Ən çox səs toplamış foto – 350 AZN,
Ən peşəkar çəkiliş (münsiflər heyətinin qərarı) – 300 AZN,
Ən tərbiyəvi foto – 250 AZN,
Ən yaradıcı foto – 200 AZN,
Ən qeyri-adi foto – 150 AZN
Müsabiqədə iştirak edib, pul mükafatları qazanmaq şansını əldə etmək istəyənlər http://mq.foto.az internet səhifəsinə baş çəkib, “Qeydiyyat” bölməsində formanı doldurub iştiraklarını təsdiq etdikdən sonra, çəkdikləri foto şəkilləri sayta yükləyə bilərlər. Müsabiqə haqqında, həmçinin, (http://fb.com/mobiloqrafiya), Twitter (http://twitter.com/mobiloqrafiya) – da məlumat əldə edə bilərsiniz.