21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Noyabrın 26-da Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) “İnternet üzərindən yayılan informasiyalara görə yaranan etik və hüquqi məsuliyyət” kitabının təqdimatını keçirib.
Kitab KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə yardımı ilə icra olunan “İnternet üzərindən yayılan
informasiyalara görə yaranan hüquqi məsuliyyət mövzusunda  KİV təmsilçilərinin
maarifləndirilməsi” layihəsi çərçivəsində hazırlanıb.
JuHİ sədri, KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü Müşfiq Ələsgərli bildirib ki,
bu gün interneti, sosial şəbəkələri “nəzarətsiz zona” kimi dəyərləndirənlər də 
çoxdur: “Şəxsi həyatın toxunulmazlığı prinsipindən, təhqir və böhtanın
yolverilməzliyindən, ailə-məişət mövzusuna dair informasiyaların həssaslığından,
“Dövlət sirri haqqında” qanundan xəbərsiz olanlar hüquqi məsuliyyəti nəzərə
almadan yaydıqları qeyri-dəqiq, əsaslandırılmamış informasiyalarla həm
informasiya obyektlərinə, həm də özlərinə ciddi problem yaratmış olurlar.
Avqust ayında cəbhə bölgəsində yaşanan qısamüddətli gərginlik zamanı biz bu
problemi daha dəqiq müşahidə edə bildik. Dövlət strukturları, əlaqədar orqanlar
problemin aradan qaldırılması üçün müdaxilə etməli oldular.
“İnternet üzərindən yayılan
informasiyalara görə yaranan etik və hüquqi məsuliyyət” kitabı bu problemlərin
aradan qaldırılmasına yardım göstərmək, ölkə vətəndaşlarına internet istifadəsi
zamanı həssas yanaşmalı olduqları məsələlər barədə bilgi vermək məqsədi daşıyır.
Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə, “KİV haqqında”
qanunda internet üzərindən yayılan informasiyalara tətbiq edilə biləcək maddələr
toplanaraq bu kitabda əks edilib və barələrində şərhlər verilib”. 
Müşfiq Ələsgərli bildirib ki, vəsait
KİV redaksiyalarına pulsuz paylanacaq. Həmçinin kitabın elektron versiyası
JuHİ-nin saytında yerləşdiriləcək ki, bütün internet istifadəçiləri ondan
faydalana bilsin.
Tədbirdə media ekspertləri Ələsgər
Məmmədlinin, Azər Həsrətin məruzələri dinləndikdən sonra müzakirələr aparılıb.
Jurnalistlər Bəhruz Quliyev, Elçin Mirzəbəyli, Tapdıq Abbas, Aydın Quliyev,
Anar Qaraxançallı, Niyaz Niftiyev, Elçin Zahiroğlu və digərləri təqdimatı
keçirilən vəsaitə ciddi ehtiyac olduğunu qeyd ediblər.
![]()  | 
![]()  | 
![]()  |