21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Son günlər Ermənistanın cəbhə xəttində hərbi təlimlər keçirməsi, bu ölkənin prezidenti Serj Sərkisyanın isə Azərbaycana yönəlik açıqlamaları «Gənc Liderlər» Uşaq və Gənclər Təşkilatının (UGT) İdarə Heyətinin iclasında müzakirə olunub.
Bu barədə açıqlama verən təşkilatın sədri Fərid Şahbazlının sözlərinə görə, İdarə Heyətinin üzvləri erməni prezidentin hədə tonundakı fikirlərini siyasi əxlaqsızlıq kimi qiymətləndirib: «Özlərinin ən xırda daxili problemlərini həll etmək üçün belə başqa ölkələrdən yardım dilənən, ordusunda intizamsızlıq, korrupsiya, əxlaqsızlıq normaya çevrilən, insanları acından xaricə qaçan bir ölkənin prezidentinin regionun lider dövlətinin ünvanına səsləndirdiyi bu təhdidlər sayıqlamadan başqa bir şey deyil. Ermənistanın cəbhə boyu hərbi təlimlər adı altında aktivləşməsi və Sərkisyanın bu cür açıqlamları yalnız daxili auditoriyaya hesablanıb və Serjin özünə divident qazanmaq cəhdindən başqa bir şey deyil. Çünki, Ermənistan ordusu fərarilər, Azərbaycan ordusu isə Ramil Səfərovlar, Mübariz İbrahimovlar, Fərid Əhmədovlar kimi qəhrəmanlar yetişdirir. Azərbaycan gəncləri Ali Baş Komandanın yanındadırlar və onun torpaqların azad olunması ilə bağlı müvafiq əmrini gözləyirlər».
F.Şahbazlının sözlərinə görə, «Gənc Liderlər» gələn aydan etibarən S.Sərkisyan da daxil olmaqla, Ermənistana rəhbərlik edənlərin terrorçu, uşaq qatili olması ilə bağlı beynəlxalq virtual aksiyaya başlayacaq.