İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

İnternetlə «.az» domeni almaq niyə mümkün deyil?

18.02.2011 [18:12]

Fontu böyüt:      

Şəkidən Fərid godaddy.com saytına daxil olub cəmi 10-15 dəqiqə ərzində boş olan istənilən domeni əldə edə bilər. Amma Qərb ölkələrindən birində yaşayan Fred nə qədər etsə də «.az» domenində qeydiyyatdan keçə bilməz. Bunun üçün əvvəlcə Bakıda yaşayan bir dost tapmalı, sonra isə... Sonrakı proses elə Azərbaycan vətəndaşları üçün də eynidir.

Şəkidən Fərid godaddy.com saytına daxil olub cəmi 10-15 dəqiqə ərzində boş olan istənilən domeni əldə edə bilər. Amma Qərb ölkələrindən birində yaşayan Fred nə qədər etsə də «.az»  domenində qeydiyyatdan keçə bilməz. Bunun üçün əvvəlcə Bakıda yaşayan bir dost tapmalı, sonra isə... Sonrakı proses elə Azərbaycan vətəndaşları üçün də eynidir. 

BLOQQERİN DOMEN İSTƏYİ

17 yaşlı bloqqer Fərid Hacıyevin keçdiyi təcrübədən danışaq. O, Şəkidə yaşayır və .az domenində ünvan almaq üçün ya Bakıya gəlməli, ya da ki bunu məhz Bakıda yaşayan dostuna həvalə etməlidir. Çünki domen qeydiyyatı və satışı ilə məşğul olan NT (Network Technologies) şirkətinin ofisi yalnız Bakıda fəaliyyət göstərir.

- Onların ərizə formaları var, e-maillə müraciət olunur və bir-iki gündən sonra cavab gəlir ki, domen azaddır, ala bilərsiz. Bundan sonra şəxsiyyət vəsiqəsilə ofisə getmək lazımdır. 

XARİCİ ÖLKƏLƏRDƏ DOMEN ALMAQ TƏCRÜBƏSİ

İnformasiya texnologiyası mütəxəssisi, bloqqer İlqar Mirzə «.com» domenini misal çəkib deyir ki, bu domeni almaq üçün yüzlərlə ünvan var. Xarici ölkələrdə həm sahib şirkət özü satır, həm də digərlərinə satmaq hüququ verir. Beləliklə, əhalinin bir neçə yerdən domen almaq imkanı olur. 

«Sahil» IT şirkəti NT ilə könüllü əməkdaşlıq edir. Şirkətin direktoru Vahid Qasımov: 

- Biz hostinq satan şirkət olduğumuza görə, «.az»domenlərin satışı üçün müraciət edirlər və biz də kömək edirik ki, NT-dən «.az» domenlərini alsınlar. Vəziyyət belədir ki, biz bu prosesdən bir qəpik pul qazanmırıq. Çünki NT bu qeydiyyat prosesini neçəyə həyata keçirirsə, biz də həmin pula bunu insanlara təklif edirik. Ona görə aydın məsələdir ki, mən istəyirdim ki, bunu necəsə sənədləşdirək ki, həmin əməliyyatlardan heç olmasa zəhmətimizin nəticəsini çıxara bilək. 

İnternet xidmətlərini təklif edən NT şirkəti özü xidmətlərini internet üzərindən aparmır. Onlayn qeydiyyat sisteminin tətbiq olunmamasını bir çox İT mütəxəssisləri «biabırçı vəziyyət» adlandırır. 

BÜROKRATİYA İMKANLARI GENİŞLƏNDİRİR

Şirkətin bir aylıq gəlirini təxminən 17 min manat hesablayan İlqar Mirzə deyir ki, bu bütün sistemi dəyişməyə kifayət edir, bu məsələdə maliyyə bəhanə ola bilməz.  

- İkinci məsələ isə budur ki, bunların sivil xidmət səviyyəsinə keçmək kimi motivasiyaları yoxdur. Üçüncü bir səbəb isə odur ki, onlar bürokratiya elədikcə, prosesi əldə saxlamaq imkanları genişlənir. Məsələn, dəfələrlə faktlar olmuşdu ki, bəzi domenləri almağa gələnlərə deyirdilər ki, biz bu domeni sizə sata bilmərik və sair.

PROBLEM HANSI QURUMDADIR?

«.az» domenində illik minimum ödəniş 20 manatdır. Domenin milli inzibatçısı Faiq Fərmanovdeyir ki, onlar da elektron sistemin olmasında maraqlıdırlar. Kağız-kuğuzdan canlarını ona görə qurtara bilmirlər ki,

«Bizim qanunvericiliyə görə, Vergilər Nazirliyi tərəfindən hər bir domen üçün, hər bir pul qəbul edilməsi üçün müqavilə tələb olunur. Özü də elektron variantda yox, real müqavilə, buna görə də müştəri məcburdur ofisə gəlsin». 

Vergilər Nazirliyi analitik informasiya şöbəsinin nümayəndəsi Şahin Məmmədov isə deyir ki, müqavilənin kağız üzərindən və ya onlayn təqdim olunmasının heç bir fərqi yoxdur. 

«Başqa qanunvericilik aktları ilə bağlı, elektron imza ilə bağlı ola bilər ki, onların hansısa narahatlığı var, amma Vergilər Nazirliyi tərəfindən onlara heç bir qadağa yoxdur. Ehtimal edirəm ki, ola bilsin tanımadığı şirkətə İnternet üzərindən domen açanda ehtiyat edirlər. Amma müqavilə bağlayanda onu tanıyırsız, möhürü olur və bu, onun hüququ şəxs olduğunu təsdiq edir. Müqavilə ilə işləmək istəyir, bu onun hüququdur. Biz tərəfdən tələb olunsun ki, mütləq belə olmalıdır – belə bir şey yoxdur». 

Faiq Fərmanovun sözlərinə görə, «Elektron imza haqqında» qanun həyata keçirildikdən sonra, domen almaq istəyənlər elektron imza ilə müqavilə bağlayacaq. Bunun bu il reallaşma şansı çox böyükdür. 

YENİ QAYDALARIN YARADACAĞI PROBLEMLƏR

Yeni Media üzrə mütəxəssis Emin Hüseynzadə deyir ki, sahəni inkişaf etdirmədən yeni qaydalar qəbul etmək proseduru bir az da çətinləşdirəcək.

«Elektron imza təsdiqlənəndən sonra indiki o prosedur bir az da çətinləşəcək. İnsanlar heç başa düşməyəcək ki, elektron imzanı hardan əldə edim, necə tətbiq edim» 

KÖHNƏ NAZİRİN DOMEN NƏZARƏTİ

«.az» domenlərinin bir şirkət tərəfindən idarə olunmasına gəlincə isə, Faiq Fərmanov deyir ki, 

- Axır vaxtlar yeni nazir gəlib və nazirin siyasəti normal olub. Bundan əvvəlki nazirin domeni əldə etməkdən başqa fikri yox idi. Təkcə nəzarəti əlinə alsın – bax o haqda düşünürdü. Belə şəraitdə isə inkişafdan söhbət gedə bilməz. 

Azərbaycanda «.az» domeninin qeydiyyatı və satışı artıq 18 ildir ki, aparılır. Rabitə və İnformasiya Texnologiyaları naziri isə 7 ildir ki, vəzifə başındadır.

Yeni Media üzrə mütəxəssis Emin Hüseynzadə deyir ki,
- Yəni illərdir Azərbaycanda «.az» domeni satılır və illərdir onlar bu sadə proseduru Ədliyyə Nazirliyinə göndərməyiblər. Deməli onların birincisi marağı yoxdur, ikincisi, sadəcə bu elə- belə sözdür deyilir. Çünki Gəncədə yaşayan adam domeni Gəncədə ala bilsəydi, bu onlara əlavə gəlir gətirə bilərdi. 

DOMEN QEYDİYYATI ÜÇÜN YENİ LAHİYƏ TƏQDİM EDİLİB

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildiridilər ki, domenlərin qeydiyyatı ilə bağlı qaydalara dəyişikliklər edilməsi üçün yeni layihə Ədliyyə Nazirliyinə təqdim edilib. Nazirliyin İnformasiya Cəmiyyətinin inkişafı şöbəsinin rəhbəriİsfəndiyar Əliyevin sözlərinə görə,

- İki hərfdən, simvoldan ibarət domen adları verilmir, bizim qanunvericiliyimizdə yox idi, indi bunu salmaq istəyirik. Qaydalar müasir vəziyyətə uyğunlaşdırılır. İnsanların internet üzərindən alması da mümkün olacaq. Regionlarla bağlı məqamları da nəzərdə tutmuşuq. Hazırda da domen alınmasında problem yoxdur, süni olaraq qaldırılmış məsələdir. Növbə yoxdur ki, deyəsən ki 15 şirkət lazımdır satışla məşğul olmağa. 

Nazirlik nümayəndəsinin sözlərinə görə, hazırda .az domeninin satışı ilə xaricdə yeddi, ölkə daxilində isə üç şirkət məşğul olur. 

IT mütəxəssisi İlqar Mirzə isə deyir ki, NT şirkəti monopolistdir – kağız üzərində veb.az və başqa şirkətlər mövcuddur, lakin onlar da NT-yə məxsudur. 

Həqiqətən də, domen qeydiyyatı ilə məşğul olduğu deyilən veb.az saytına daxil olanda da NT şirkətinin internet səhifəsi ilə üz-üzə qalırsan.

 

//Azadlıq Radiosu


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar