İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azerfon-Vodafone Azərbaycanda ilk 3G Mobil Müşahidə Kameralarını təqdim edir

23.09.2010 [17:41]

Fontu böyüt:      

21 sentyabr 2010-cu il tarixindən etibarən Azerfon-Vodafone 3G texnologiyasına əsaslanan daha bir məhsulunu - Müşahidə Kameralarını satışa çıxardı. İndi Azerfon-Vodafone abunəçiləri 3G Mobil Kameralarından istifadə edərək adi video-zəng vasitəsilə kameranın quraşdırıldığı ərazini istənilən an rahat şəkildə müşahidə edə bilərlər.

21 sentyabr 2010-cu il tarixindən etibarən Azerfon-Vodafone 3G texnologiyasına əsaslanan daha bir məhsulunu - Müşahidə Kameralarını satışa çıxardı.

İndi Azerfon-Vodafone abunəçiləri 3G Mobil Kameralarından istifadə edərək adi video-zəng vasitəsilə kameranın quraşdırıldığı ərazini istənilən an rahat şəkildə müşahidə edə bilərlər.

Azerfon-Vodafone–un Azərbaycan bazarında ilk olaraq təqdim etdiyi bu texnologiyadan istifadə qaydası olduqca sadə və rahatdır. Mobil müşahidə xidmətindən yararlanmaq üçün 3G Kameranın daxilinə quraşdırılmış sim nömrəsinə video zəng etmək kifayətdir.

Azerfon şirkətinin İdarə Heyətinin rəhbəri cənab Cüneyt Türktan Azərbaycanda 3G texnologiyasına əsaslanan xidmətlərin və məhsulların tətbiqinin əhəmiyyətini vurğulayaraq söyləmişdir: “Biz inanırıq ki, Azerfon-Vodafone-un təqdim etdiyi 3G Mobil Müşahidə Kamerası müxtəlif qurumlar, eləcə də fərdi istifadə üçün çox faydalı məhsuldur. Bu xidmətin ölkədə tətbiqi Azərbaycanın ən yeni texnologiyaları tətbiq edən ölkələr sırasına daxil olmasını bir daha sübut edir.”

3G Mobil Müşahidə Kamerası biznesin idarə olunması prosesində istifadə ilə yanaşı fərdi təhlükəsizliyi təmin edə biləcək bir xidmətdir. Belə ki, bu məhsul iş adamlarına öz ofislərini, bağ sahiblərinə bağ sahələrini, sıravi istehlakçılara öz evlərini və digər məişət obyektlərinin canlı görüntüsünü izləmək kimi müxtəlif imkanlar verir. 3G kameraya video zəng daxil olduğu zaman məsafədən asılı olmayaraq mobil telefonun düymələrindən istifadə edərək kameranın müşahidə istiqamətini dəyişmək, o cümlədən, səs ötürülməsini də həyata keçirmək mümkündür.

3G Müşahidə Kamerası akkumulyator vasitəsilə 200 saatadək işləyə bilir və video rejimdə 12 saatadək görüntünü öz yaddaşına yaza bilər. 3G Mobil Müşahidə Kamerası paketinin qiyməti 247 manat təşkil edir.

3G Müşahidə Kamerasını əldə etmək üçün Azerfon-Vodafone Mərkəzlərinə müraciət etmək kifayətdir. Kameranın texniki göstəriciləri və digər əlavə məlumatı www.azerfon-vodafone.az saytından əldə etmək olar.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar