21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Namized.com internet səsverməsi saytına etirazlar davam edir. Mətbuatın və tanınmış namizədlərin ardınca 71 saylı Masallı kənd seçki dairəsindən deputatlığa namizəd, Millət vəkili Elmira Axundova da saytdakı səsverməyə etiraz edib.
Açıqlamasında deputat bunları deyib: Birincisi mənim namizəd olduğum Masallı kənd seçki dairəsində bəlkə heç 1 faiz seçicinin evində internetə çıxış imkanı yoxdur. Və bu da o deməkdir ki, internet səsverməsində namizədlərin internetə çıxışları olan dostları və tanışları iştirak edir. Bu məsələnin bir tərəfi. Digər tərəfdən namized.com saytında son 2 gündə mənim adıma 200-ə yaxın səs gəlib. Mənə səs verənlər bu haqda seçki qərargahımı məlumatlandırırlar. Ancaq saytda bu qədər səsin müqabilində mənim səslərim cəmi 1 faiz artır. Bu riyazi cəhətdən mümkün deyil. Portalda səslərin sayı da gizlədilir və yalnız faizlə göstərilir. Bütün bunlar göstərir ki, namized.com başqa məqsədlərə xidmət edir və ortada heç də xoş olmayan məlumatlar var. Bir sözlə, saytdakı sesvermənin legitimliyi şübhə altındadır. Ona görə də, baxmayaraq ki, mən bu saytda səsvermədə öndəyəm, bütün tərəfdarlarımı namized.com-da səsverməni dayandırmağa çağırıram.
//QayNar.info