21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
“Google” korporasiyası “Android” əməliyyat sistemi ilə işləyən smartfonlar üçün telefon danışıqlarını tərcümə etmək imkanı verən xüsusi proqram təqdim edib.
Xeberler.az-ın Rabitə və İnformasiya Texologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, istifadəçi sadəcə olaraq yeni əlavəni öz smartfonuna yükləyir və tərcümə etmək istədiyi sözü və ya cümləni səsləndirir. Seçilmiş söz və ya cümlə “Google” serverlərində emal olunur və istifadəçi üçün onun tərcüməsi səsləndirilir. Tərcümə edilmiş ifadəni həmsöhbətə göndərmək üçün bu prosesi təsdiq edən xüsusi düyməyə basmaq lazımdır və xəttin digər tərəfindəki istifadəçi bu tərcüməni eşidəcək. Şirkət tərəfindən yaxın 18 ay ərzində proqramın sonadək işlənib hazırlanacağı gözlənilir. Bundan sonra istifadəçilər yeni imkandan real zaman rejimində faydalana biləcəklər.
“Google” müxtəlif dillərdə danışan insanların ünsiyyətlərini daha da asanlaşdırmaq niyyətindədir. Hazırda istifadəçilər əlavənin test versiyasını sınaqdan keçirə bilər. “Google” mütəxəssisləri hələ ki, yalnız ispan və ingilis dillərin dəstəkləyən proqramın dil bazasını yaxın zamanda genişləndirəcəyini vəd edirlər.