21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov və rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov veb-kameralara texniki baxış mərkəzində olublar.
Mərkəzə baxış keçirdikdən sonra Əli Abbasov jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, seçki günü 500 seçki məntəqəsində səsvermə görüntülərinin internet vasitəsilə dünyada izlənməsi üçün “web-camera”lar quraşdırılıb. Belə kameralar Bakı şəhərinin 11 rayonunu, ölkənin 37 bölgəsini və Naxçıvan MR-in 8 bölgəsini əhatə edir. Ə.Abbasov vurğulayıb ki, qarşıya çıxa biləcək problemin ani olaraq həlli üçün qabaqlayıcı tədbirlər görülüb.
Həmçinin o qeyd edib ki, Milli Məclisə keçiriləcək seçkilərlə bağlı respublika ərazisində 125 dairə seçki komissiyası (DSK) və 5177 seçki seçki məntəqəsi telefonlaşdırılıb, DSK-larda quraşdırılmış kompüterlərdən MSK nəzdində “Seçkilər” İnformasiya Mərkəzinə informasiyanın ötürülməsi üçün yüksək parametrli xətlərin ayrılması ilə şəbəkənin yaradılması başa çatdırılıb.