21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
“Onlayn Media” Müsabiqəsinin Münsiflər Heyətinin toplantısı keçirilib.
Toplantıda müsabiqəyə təqdim olunan yazıların və tvitlərin münsiflər tərəfindən qiymətləndirilməsinin yekunları müzakirə olunub.
Artıq məlumat verildiyi kimi Müsabiqəyə 30 yazı təqdim edilib və 27 yazı qəbul edilib. Qabaqcadan müəyyən olunan #ehokumet və #etehsil həştəqləri ilə 70 mikrobloqçu tərəfindən 500 –dən çox tvit yazılıb.
Müsabiqə Qaydalarına cavab verməyən 2 yazı və münsiflər tərəfindən plagiat hesab olunan 1 yazı Müsabiqədən kənarlaşdırılıb.
Müsabiqəyə qəbul edilən yazıların linkləri telim.org resursunda yerləşdirilib.
Məqalələr və tvitlər 10 ballıq sistemlə qiymətləndirilib. Münsiflər tərəfindən verilmiş ballar əsasında qaliblər müəyyən olunub.
“Onlayn Media” Müsabiqəsinin yekunlarına həsr olunan təqdimat mərasiminin 11 dekabr 2013-cü ildə keçirilməsi qərara alınıb.
Müsabiqənin qalibləri təqdimat mərasimində açıqlanacaq. Qaliblərə və həvəsləndirici yer tutanlara diplomlar və qiymətli hədiyyələr təqdim olunacaq.
Tədbirdə həmçinin “Onlayn medianın inkişafına dəstək” layihəsi çərçivəsində keçirilən Təlimləri uğurla başa vuran jurnalistlərə sertifikatlar təqdim olunacaq.
Layihə RİTN –in dəstəyi və Nar Mobile- in Baş sponsorluğu ilə Multimedia Mərkəzi tərəfindən həyata keçirilir.