21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) Azərbaycanda “Enterprise Agreement” müqaviləsinə əsasən kompüter parkını Microsoft şirkətinin proqram təminatılə lisenziyalaşdıran ilk hökumət təşkilatıdır. Bu lisenziyalaşdırma növünün xüsusiyyəti ondan ibarətdir ki, müqavilə birbaşa Microsoft korporasiyasılə bağlanır və ümumi sahibolma qiymətinin aşağı salınması hesabına müştərinin vəsaitlərinə nəzərəçarpan dərəcədə qənaət etməyə imkan verir, həmçinin möhlətli ödənişi nəzərdə tutur və istifadəçilərin tədris və dəstəyinə istiqamətlənən xərclərin xeyli azalmasına gətirir.
"Enterprise Agreement" razılaşmasının digər üstünlüyü də razılaşmanın qüvvədə olduğu müddətdə Microsoft məhsullarının yeni versiyalarının istifadə edə bilmə imkanıdır.
Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə qeyd edir ki: “Bu gün Azərbaycan regionda İKT sektoru ən dinamik şəkildə inkişaf etdirən ölkədir. Lisenziyalı proqram təminatının tətbiqi haqqında müqavilə bir daha təsdiq edir ki, ölkədə İKT sektorun hərtərəfli inkişafına, o cümlədən əqli mülkiyyətin qorunmasına böyük diqqət yetirilir”.
Microsoft Azərbaycan şirkətinin baş direktoru Teymur Axundov isə öz növbəsində qeyd etdi ki: “Lisenziyalı proqram təminatının istifadəsi haqqında ilk razılaşmanın məhz Rabitə və informasiya texnologiyaları tərəfindən imzalanması əlamətdər bir hadisədir. Ölkənin İKT sahəsində dövlət siyasətinin həyata keçirilməsinə cavabdeh olan Nazirlik qanuni proqram təminatının istifadəsi sahəsində nümunəvi addım atdı. Microsoft korporasiyası ümid edir ki, digər hökumət qurumları, habelə kommersiya şirkətləri də bu məsələyə diqqət yetirəcək. Lisenziyalı proqram təminatının tətbiqi ölkədə İKT-nin davamlı inkişafı ilə bağlıdır və müvəffəqiyyətə doğru aparan yolun mühüm tərkib hissələrindəndir”.
Layihə yerli ULTRA şirkəti (Microsoft Gold Certified Partner) tərəfindən həyata keçirilir.