21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
“Ölkə telekanallarında Azərbaycan dilinin hakim dil olması üçün zəruri tədbirlər öz müsbət təsirini göstərib. Azərbaycan dili efirdə hakim dildir”.
Bu sözləri jurnalistlərə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. Şura sədri bildirib ki, hələlik bu məsələdə müəyyən istisnalar mövcuddur: “Bu istisnalar xarici ölkə rəsmilərinin çıxışlarında görünür. Yəni onların çıxışları tərcümə olunmur”.
Telekanallarda xüsusi qəddarlıqla müşayət olunan görüntülərin göstərilməsinə münasibət bildirən N. Məhərrəmli deyib ki, bunun qarşısının alınması məqsədilə şura tərəfindən 2 il öncə qaydalar tətbiq edilib: “Qaydalara əsasən saat 7:00-dan saat 23:00-a qədər xüsusi qəddarlıqla müşaət olunan səhnələr göstərilməməlidir.
Çünki bu insan psixikasına mənfi təsir edir. Bəzən elə olur ki, qəddarlıqla müşaət olunan səhnələr çox ciddi ictimai-siyasi əhəmiyyət kəsb edir.
Məsələn, Neft Akademiyasında baş verən hadisədən sonra kanallar insan psixikasına mənfi təsir göstərən görüntülər göstərirdilər. Bunun qarşısını almaq üçün televiziyalara müəyyən tövsiyyələr verdik. Bundan sonra həmin görüntülərin yayımı dayandırıldı”.