21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bazar ertəsi Avropa birliyi ölkələri üçün yeni qanun qüvvəyə mindi. Qanun provayderlərin üzərinə öz istifadəçilərinin şəbəkədəki fəaliyyəti barədə məlumat toplamaq məsuliyyətini qoyur.
Avropa ərazisində internetə qoşulma xidməti göstərən hər bir kompaniya öz istifadəçilərinin bir il müddətində olan elektron yazışmaları və İP telefoniya vasitəsi ilə edilən zəngləri barədə məlumatları saxlamalıdır. Lakin bu o demək deyil ki məktubların məzmunu və ya danışıqların yazısı da əlçatan olacaq.
Provayderlər yalnız hər hansısa istifadəçilər arasında yazışmanın və ya zəngin olduğunu qeydiyyata alacaqlar. Güc orqanları bu informasiyaları məhkəmə qərarı əsasında əldə edə biləcəklər. Təxmin olunur ki, bu yolla şəbəkədən istifadə edən cinayətkarların tapılması daha da sürətlənəcək.
Tənqidçilər isə AB-nin istifadəçilərin şəxsi həyat toxunulmazlığını pozduğunu bildirirlər. İsveçdə isə dövlət bu qərarı tamamilə qəbul etməyib. Britaniyada isə hökümət provayderlərə bu iş üçün lazım olan məbləği ödəməyə belə hazır olduğunu açıqlayıb.