21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Təhsil Nazirliyi, Microsoft və HP şirkətləri ilə birgə həyata keçirdiyi "Xalq kompüteri" pilot layihəsi çərçivəsində onlayn ödəmə sistemi tətbiq olunub. 
Silverkey Technologies şirkətinin GoldenPay onlayn ödəmə sisteminə sürətli qoşulmaq üçün təqdim etdiyi yeni Quickpay xidmətinin köməyi ilə http://www.xalqkomp.az/ saytında layihə çərçivəsində kompüter alan müəllimlər kreditlərini istənilən plastik kartı, hətta əmək haqqı kartlarını istifadə eləyərək ödəyə bilərlər.
Əməliyyata başlamaq üçün "Onlayn ödəmə" bölməsinə daxil olmaq lazımdır. Quickpay xidməti xüsusi olaraq Silverkey Technologies şirkəti tərəfindən GoldenPay sisteminə sürətli və asan qoşulmaları üçün hazırlanıb. GoldenPay sistemini bir gün müddətində tətbiq etmək mümkündür. Müqavilə imzalandıqdan sonra, «onlayn ödəmə» düyməsi yaradıb onu Silverkey tərəfindən veriləcək linklərə yönəltmək lazımdır.
Qeyd edək ki, "Xalq kompüteri" layihəsindən başqa Quickpay xidməti həmçinin Bakı Turizm və İnformasiya Mərkəzinin portalında (www.bakutourism.az) və «SOS Uşaq Kəndləri» xeyriyyəçilik fondunun (www.soschildren.az) saytında tətbiq olunub. GoldenPay sistemi Azərbaycanda 2008-ci ilin dekabr ayından tətbiq olunur. «Visa» və «MasterCard»-dan müvafiq olaraq «Verified by Visa» və «MasterCard SecureCode» lisenziyalarını almış bu sistem istifadəçilərinin təhlükəsizliyinin artırılması üçün ən təhlükəsiz SSL sertifikatı olan VeriSign istifadə edir.